ƏRDOĞAN TÜRKİYƏ VƏ DÜNYA TARİXİNDƏ SEÇKİ REKORDU MÜƏYYƏN ETDİ: ard-arda qatıldığı 15 seçkidə qələbə qazanıb

ƏRDOĞAN TÜRKİYƏ VƏ DÜNYA TARİXİNDƏ SEÇKİ REKORDU MÜƏYYƏN ETDİ: ard-arda qatıldığı 15 seçkidə qələbə qazanıb

 

Zübeyde Yalçın, Eda Işık

Sabah (Türkiyə), 01.04.2019

Bütün dilbirliklərə baxmayaraq, Ədalət və İnkişaf Partiyası (AKP) qatıldığı 15-ci seçkilərdə qələbə çalıb və 45% səs toplayıb. Seçicilər bu seçkilərin nəticələrinə görə terror siyasətinə şillə vurub və prezident sisteminə inam qərarı veriblər.

Türkiyə demokratiyanın əsil təntənəsi olan 31 mart seçkilərində səslərin 52,3%-i Xalq İttifaqına verib. Bu blok 52 şəhərdə, o cümlədən 17 böyük şəhərdə qalib gəlib. AKP 40 şəhərdə, o cümlədən 16 böyük şəhərdə, İttifaq üzrə tərəfdaşı MHP isə 5 % səslə 12 şəhərdə, o cümlədən bir böyük şəhərdə qələbə çalıb.

Yüksək gəliş

31 mart seçkilərində 57 milyon seçici səs verib, 168 min səsvermə qutusu təşkil olunub. Bir milyona yaxın adam səsvermə hüququndan ilk dəfə yararlanıb. Bütün Türkiyə üzrə inam və bayram şəraitində keçən seçkilərə gəliş gözləntilərə zidd olaraq yüksək idi. Sorğulardan çıxış etməklə seçkilərə qədər ehtimal olunurdu ki, mövqeyini müəyyən etməyən seçicilərə görə gəliş aşağı ola bilər. Amma qeyri-rəsmi məlumatlara əsasən, seçkilər 84% səviyyəsində gəlişlə baş tutub.

Ədalət və İnkişaf Partiyası qələbə çalıb

Səsvermə qutuları açılarkən seçkilərə qədər valyuta kurslarıyla oynayan, Türkiyə iqtisadiyyatı üçün problem yaratmaq və bu qayda ilə seçicilərin seçiminə təsir etmək üçün mümkün hər şeyi edən şər bloku yenə də dilxor olub. Axı seçicilər 17 ildə keçirilən bütün seçkilər və referendumlardakı kimi Ərdoğanın başçılığı altında yenə də AKP-i yüksək mövqeyə çıxarıblar.

Xalq İttifaqına dəstək

Türkiyə bələdiyyə seçkilərində ilk dəfə geniş alyanslar sistemini sınayıb. Xalq İttifaqı ayrı-ayrı böyük şəhərlərdə sərt mübarizədə keçən seçkilərdə qalib gəlib. AKP və MHP-dən ibarət bu blok, ilkin nəticələrə görə, 52%-dən çox səs alıb. Ölkə vətəndaşları bu nəticə ilə eyni zamanda prezident sisteminə keçməyi şübhə altında qoymağa imkan verməyib və ona zəmanət veriblər.

Xalqların Demokratik Partiyası və "Yaxşı Partiya”ya şillə

Terrorçu təşkilatlaırn və Türkiyənin bütün düşmənlərinin dəstəyini əldə edən Cümhuriyyət Xalq Partiyası və Yaxşı Partiyanın qurduğu Millət İttifaqı, habelə onlara birləşən, terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) qanadı olan Xalqların Demokratik Partiyası (HDP) isə seçkiləri uduzub. Seçicilər terror siyasətinə etibar etməyiblər. Yaxşı Partiya 2018-ci il 24 iyun seçkilərində əldə etdiyi 9,9% səsə qarşı 7,1% səs toplamaqla dəstəyi itirib. Ən güclü şillə HDP-yə vurulub: HDP 2018-ci il 24 iyun seçkilərində 11,7% səs topladığı halda bu dəfə yalnız 3,8% əldə edərək praktik olaraq yox olub.

Kim və nə udub?

İlkin nəticələrə əsasən, AKP 16 böyük şəhərdə, hər şeydən qabaq, İstanbulda (məlum olduğu kimi, bu fakt düzgün deyilmiş-red.), 24 ildə və 536 ilçədə (Türkiyədə inzibati vahidlər-red.) qalib gəlib. İttifaq üzrə tərəfdaşı MHP isə bir böyük şəhərdə, 11 ildə və 151 ilçədə qələbə çalıb. Halbuki CHP 10 böyük şəhərdə, 10 ildə və 186 ilçədə udub. HDP isə üç böyük şəhərdə, dörd ildə və 50 ilçədə bələdiyyələri əldə edə bilib.

Qatıldığı seçkilərin hamısını udub

Prezident Rəcəb Tayib Ərdoğan 1994-dən bəri qatıldığı 15 seçkini udub və rekord müəyyən edib.

Ərdoğan 1994-də İstanbul meri seçkilərində qalib gəlib.

2002-də 34% səs nəticəsində AKP-i hakimiyyətə gətirib.

AKP 2004-də 41,7% səs toplayaraq bələdiyyə seçkiərində qalib çıxıb. 2007-də AKP ümumi parlament seçkilərində səslərin sayını öz xeyrinə 47%-ədək artırmağa və yenə də hakim partiya olmağa nail olub.

2008-də daha bir ümumxalq səsverməsi udulub – prezidentin xalq tərəfindən seçilməsi haqda referendum 69,12% nəticə ilə başa çatarkən.

AKP 2009-un bələdiyyə seçkilərində 38,6% əldə edib.

2010-da anayasaya düzəlişlər haqda daha bir referendum baş tutub – 58% nəticə ilə qələbə qazanılıb.

AKP 2011-də isə 49,8% toplamaqla yenidən hakim partiya olub.

AKP 2014-ün bələdiyyə seçkilərində 45,6% səviyyədə növbəti dəfə xalqın dəstəyini alıb.

Ərdoğan 2014-də prezident seçkilərində isə 51,79% səs toplayaraq Türkiyədə bütün xalqın seçdiyi ilk prezident olub.

AKP 2015-ci ildə ümumi parlament seçkilərində 40,67%-lə yenidən hakimiyyətə gəlib.

AKP 2015-də keçirilən təkrar seçkilərdə 49,50% səs topalyıb.

2017-də prezident sisteminə keçid haqda referendumda yenidən uğur: 51%.

2018-ci il seçkilərində 52,6%-lə qələbəli nəticə.

Nəhayət, dünənki bələdiyyə seçkilərində növbəti qələbə qazanılıb.



Oxşar Xəbərlər

Xəbər lenti