Qarabağda yeni müharibə bu tarixdə başlayır, Azərbaycan... – Rusiyadan ŞOK XƏBƏRDARLIQ

Qarabağda yeni müharibə bu tarixdə başlayır, Azərbaycan... – Rusiyadan ŞOK XƏBƏRDARLIQ

 

"Dağlıq Qarabağda keçiriləcək "seçkilərdən” sonra hərbi hərəkətlərin aktivləşməsi mümkündür”.

Sozcu.info xəbər verir ki, bu barədə ermənipərəst mövqeyi ilə tanınan rusiyalı politoloq Stanislav Tarasov Ermənistan mediasına müsahibəsində deyib.

Tarasov iddia edir ki, Azərbaycan Ermənistanda yaranmış siyasi qarışıqlıqdan istifadə edə bilər.

"Qarabağda keçmiş hakimiyyətin tərəfdarları qalıb, Ermənistanda isə hakimiyyət dəyişib. Qarabağdakı "seçkilərdə” "hakimiyyət” dəyişsə, vəziyyət qarışacaq və Azərbaycan bundan istifadə edə bilər”, - deyə o iddia edib.

Rusiyalı politoloq hesab edir ki, Ermənistanda ciddi bölünmə müşahidə olunur: "Ermənistan hakimiyyətinin siyasəti ölkəni çətin siyasi vəziyyətə saldı və cəmiyyətdə parçalanma baş verdi. Bu baxımdan, Azərbaycanın vəziyyətdən istifadə edə biləcəyi və Qarabağda hərbi aktivliyin artması istisna deyil”.

Qeyd edək ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejim 2020-ci ildə "prezident seçkiləri” keçirməyə hazırlaşır.


Oxşar Xəbərlər

Xəbər lenti