Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Seyid Həmid əl-Hüseyni fars-molla rejiminin açıq şəkildə deyə bilmədiklərini öz fikrirləri kimi təqdim etməyə cəhd göstərir
Bu gün yaşanan olaylar və tarixdə baş verən hadisələr bir daha təsdiqləyir ki, fars-molla rejimindən bizə dost olan deyil. Kim nə deyir desin, lakin bu, bir faktdır ki, İran tarix boyu Azərbaycanı tam şəkildə işğal etməyi, torpaqlarımızı zəbt etməyi planlaşdırıb. Öz mənfur niyyətlərini, uzun illərdən bəri hazırladıqları planlarını din amili, İslam pərdəsi altında gizlətməyə çalışan İran 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra Cənubi Azərbaycanı mənimsədikdən sonra indi də gözünü Şimali Azərbaycana dikib. Heç kimə sirr deyil ki, molla rejimi vaxtaşırı Azərbaycana qarşı təxribat xarakterli çıxışlar edib və bu gün də bu istiqamətdə müəyyən cəhdlərdə bulunur.
Buna misal kimi, İranın təsir dairəsində olan, Tehranın geosiyasi maraqlarına xidmət edən "Həşdi-Şabi" liderlərindən biri, İraq Televiziya və Radio Birliyinin baş katibi Seyid Həmid əl-Hüseyninin İranın Qum şəhərində keçirilən ənənəvi Ərbəin mitinqində etdiyi çıxışını göstərmək olar. Belə ki, bu barədə ovqat.com-da yer alan xəbərə görə, Seyid Həmid əl-Hüseyni çıxışı zamanı Azərbaycanı açıq şəkildə təhdid edib: "Burdan İraq əleyhinə təxribatda və bizi vurmaq üçün İraqa pilotsuz təyyarə göndərilməsində əli olan Azərbaycan hakimiyyətinə səslənirəm! Elə düşünürlər ki, bizim onlara əlimiz çatmır. Onlara deyirəm ki, səhv etdiniz. Böyük səhv etdiniz. Biz cavab üçün cavab üçün gözləməyəcəyik və devimiz aydındır. Ölkəmizə təcavüz edən hər kəsin harda olsa cavabını veririk, arxasınca düşürük". "Həşdi-Şabi" lideri "kiçik dövlət" hesab etdiyi ölkəmizə qarşı açıq təhdid içərən çıxışında bildirib ki, Azərbaycanda İsrail yuvası fəaliyyət göstərir: "Həmin yuva İraq əleyhinə təxribat törədir, silah anbarlarını hədəfə alır. Biz buna icazə verməyəcəyik! Bunu sizin qarşısınızda deyirəm".
Aydın şəkildə görünür ki, bu adam rəsmi Tehranın tapşırığı ilə hərəkət edir və molla rejiminin açıq şəkildə deyə bilmədiklərini öz fikrirləri kimi təqdim etməyə cəhd göstərir. Halbuki artıq hər kəsə bəllidir ki, İranın dini rəhbəri Xameneyi başda olmaqla, bütün ölkə rəsmiləri Cənubi Azərbaycanı işğal etdikləri azmış kimi, hələ Şimali Azərbaycana da gözlərini dikiblər. Proseslər, o cümlədən vaxtaşırı İran rəsmiləri və "din adamları" tərəfindən səsləndirilən fikirlər göstərir ki, rəsmi Tehran birmənalı şəkildə Azərbaycanın müstəqilliyini qəbul etmək istəmir və bunu özünə ciddi təhlükə olaraq görür. Məhz bu səbəbdən də son zamanlar İranda anti-Azərbaycan siyasəti az qala rəsmi dövlət səviyyəsinə gətirilib. İş o yerə çatıb ki, artıq Azərbaycan cəmiyyəti İranda hakimiyyətdə olan molla rejimi tərəfindən ölkəmiz əleyhinə səsləndirilən təhdidlərə belə, alışıb. Diqqət yetirsəniz görərsiniz ki, müstəqil xarici və daxili siyasət yeridən, eyni zamanda dini tolerantlığı ilə dünyaya nümunə olan Azərbaycan hər dəfə mövhumatçılığa, xurafata və dini qaragüruhçuluğa qarşı tutarlı bir addım atdıqda, o saat İran mollaları, həmçinin onların Bakıdakı təmsilçiləri başlayırlar ölkəmizi olmazın və məntiqsiz ifadələrlə suçlamağa. Odur ki, "Həşdi-Şabi" liderlərindən olan Seyid Həmid əl-Hüseyninin fikirləri də ölkəmizə qarşı növbəti təzyiq forması kimi qiymətləndirilməlidir.
Bundan başqa, dəfələrlə həm yerli, həm də bir çox xarici ekspertlər qeyd ediblər ki, molla rejiminin əsas və başlıca məqsədi Azərbaycanda İslam inqilabı etmək və ölkəmizi tam nəzarət altına almaq, yaxud da özünə birləşdirməkdir. Aydın şəkildə görünür ki, İran Azərbaycanın ABŞ, İsrail və digər Avropa dövlətlərilə münasibət qurmasının əleyhinədir. Ona görə də rəsmi Tehran əlinə düşən hər fürsətdən istifadə edərək bizə qarşı təsir və təzyiqlərini artırır. İran özünü elə aparır ki, sanki Azərbaycan onun qonşusu yox, məhz vassalıdır. Odur ki, molla rejimi nə yolla olursa olsun rəsmi Bakının onun siyasətilə hərəkət etməsinə çalışır. Lakin bu, heç bir halda baş tutan məsələ deyil. Çünki Azərbaycan İrandan fərqli olaraq, dünyəvi, tolerant, eyni zamanda həqiqi və heç bir xarici qüvvənin təsiri altında olmayan dindanlara hörmətlə yanaşan bir dövlətdir. Elə buna görə də İran mollaları bizi özləri üçün ciddi təhlükə hesab edirlər. Fars-molla rejimi çox gözəl anlayır ki, gec-tez Cənubi Azərbaycan Şimali Azərbaycanla birləşəcək və ölkəmiz yeni regional dövlətə çevriləcək. Məhz elə bu səbəbədən də durmadan müsəlman təəsübkeşliyindən danışan İran və bu ölkənin rəsmi şəxsləri Qarabağın işğalı zamanı əli müsəlmanların qanına bulaşmış, onları vəhşicəsinə qətlə yetirmiş, olmazın işgəncələr vermiş Ermənistana istər siyasi, istər iqtisadi, kim bilir, bəlkə də hərbi dəstək verir, dığaların dövlət adamları ilə öpüşüb görüşürlər. Lakin buna baxmayaraq, Azərbaycanı ABŞ, İsrail və digər Avropa dövlətlərilə münasibət qurmaqda ittiham edirlər. Bax, bunun isə bir adı var: Həyasızlıq!