Ərdoğan administrasiyasından Əsəd açıqlaması:"Anlaşmazlıq olub"

 

«Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmaq istədiyi ilə bağlı bəyanatını hərfi mənada başa düşmək lazım deyil».

Bunu Türkiyə Prezident Administrasiyasındakı mənbə RİA Novosti-yə açıqlamasında deyib.

Mənbə onu da bildirib ki, rəsmi Ankara Rusiya ilə aralarında yaranmış bu anlaşmazlığın tezliklə aradan qalxacağına ümid edir.

Xatırladaq ki, Ərdoğan Türkiyənin Suriyadakı əməliyyatlarının başlıca məqsədinin Bəşər Əsədi devirmək olduğunu açıqlayıb.

«Bizə Suriya torpaqları lazım deyil. Biz ədaləti bərpa etmək və dövlət terrorunu dəstəkləyən qəddar tiranın hökmranlığına son qoymaq üçün oradayıq», deyə Ərdoğan məlum bəyanatında qeyd edib. 

Bu gün Kreml Ankaradan bu bəyanatla bağlı izahat tələb edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirib dekabrın 1-də türkiyəli həmkarı ilə görüşü zamanı Ərdoğanın bu bəyanatına aydınlıq gətirməyə çalışacaq(azadliq.info)



Oxşar Xəbərlər

Xəbər lenti