8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiya Müdafiə Nazirliyi Pentaqon rəhbəri, "quduz köpək” ləqəbli məşhur dəniz piyadaları generalı Ceyms Mattisin son bəyanatı ilə Amerika tərəfindən izahat gözləyir.
Bu barədə müdafiə naziri Sergey Şoyqu bildirib.
General Ceyms Mattis bəyan edib ki, Birləşmiş Ştatlar Rusiya ilə "güc mövqeyindən” dialoq aparmaq niyyətindədir. Bu bəyanat Tramp administrasiyasının Rusiya ilə münasibətləri düzəldəcəyinə dair Moskvada yaranan ümidlərə zərbə vurur.
"Bu gün Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimovun amerikalı həmkarı Cozef Danfordla görüşündə biz Pentaqonun mövqeyi ilə bağlı onun izahatını gözləyəcəyik”-Sergey Şoyqu bildirib.
Müdafiə naziri əlavə edib ki, Rusiya ilə güc mövqeyindən danışmaq perspektivsizdir, hərçənd Müdafiə Nazirliyi Pentaqonla əməkdaşlığın bərpasına da hazırdır.