Kseniya Sobçak: “Krımda yenidən referendum keçirilməlidir”

 

Rusiya prezidentliyinə namizədliyini irəli sürəcəyini bəyan etmiş jurnalist Kseniya Sobçak bildirib ki, Krımda yenidən referendum keçirilməlidir. Virtualaz.org RBK-ya istinadən xəbər verir ki, məşhur teleaparıcının sözlərinə görə, o, Krımda prezident kampaniyası aparmayacaq, çünki həmin yarımadanı Ukraynanın ərazisi hesab edir.

Yekaterinburqda keçirdiyi görüşdə Kseniya Sobçak bir daha qeyd edib ki, Rusiya özünün beynəlxalq öhdəliklərini pozub və 2014-cü ildə Krımda baş verənləri referendum adlandırmaq olmaz.

"Bu əsas başlanğıc nöqtəsidir. Krımda insanlar yaşayır. Biz onlara geosiyasət subyekti kimi yanaşa bilmərik. Mən vəziyyətdən çıxışı yalnız yeni, tam sərbəst referendumun keçirilməsində görürəm”, - Sobçak deyib.



Oxşar Xəbərlər

Xəbər lenti