Türkiyədə 10 uşaq anasını öldürən azərbaycanlı gənc tutulub

 

Türkiyənin İqdır vilayətində 74 yaşlı qadını öldürən azərbaycanlı gənc saxlanılıb. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisin araşdırması nəticəsində 10 uşaq anası olam Şəfiqə Severi öldürən şəxsin Azərbaycan vətəndaşı 23 yaşlı T.R olduğu ortaya çıxıb. Polis onu 24 saat ərzində törətdiyi cinayət aləti ilə birgə saxlayıb.

Polis əməkdaşının verdiyi məlumata görə, artıq şübhəli şəxs günahını etiraf edib: "Səhərə qədər bütün əməkdaşlarımzla birlikdə işlədik və cinayətkarı tapdıq. Şübhəli yaşlı qadının tək yaşadığını bilirmiş. Eyni məhəllədə yaşayıb, yaşadığı yerə, çörək yediyi yerə xəyanət edib. Tutulan şəxs məhkəməyə təhvil verilib”, -deyə polis əməkdaşı bildirib.

Öldürülən qadının cəsədini qohumları aşkar ediblər.



Oxşar Xəbərlər

Xəbər lenti