8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın MHP sədri Dövlət Baxçalı ilə görüşdükdən sonra erkən seçkilərlə bağlı qərarına münasibət bildirərkən deyib.
Politoloq bildirib ki, hazırda Ərdoğanın reytinqinin ən yüksək dövrüdür:
"Çünki o, Afrin əməliyyatlarını həyata keçirdi və böyük uğurlar qazandı. Ərdoğanın Türkiyədə hazırda nüfuzu yüksəkdir. O, bundan istifadə edərək, erkən seçimlərə getdi. Türkiyədə belə hadisələr tez-tez olur. Reytinqlərini yoxlayırlar və yüksək nəticə varsa, erkən seçkilərə gedirlər. Bundan başqa. Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası MHP ilə ittifaq yaradıb. Bu ittifaqın yaranması Ədalət və İnkişaf Partiyasının səslərinin sayını artırdı. Çünki MHP-nin sosial bazası da AKP-yə səs verəcək. Beləliklə, iki partiyanın koalisiyasının reytinqini dəfələrlə yoxladıqdan sonra məlum olub ki, AKP və MHP koalisiyası bu gün səslərin 56%-ni ala bilər”.
Politoloqun sözlərinə görə, bu rəy sorğusunun seçkidə necə reallaşacağını indidən demək çətindir:
"Amma hər halda Türkiyə çox çətin bir dönəmə daxil olub. NATO dövlətləri ilə münasibətləri çox korlanıb. ABŞ-la əlaqələr də gərgin ab-havadadır. Rusiyaya meyillənmə Qərb dünyasında Türkiyəyə qarşı böyük qəzəb yaradıb. Belə bir çətin şəraitdə reytinqin hər zaman yüksək olacağı qənaətində deyiləm. Seçkilərdə Ərdoğan və MHP üçün xoş olmayan sürprizlər də mümkündür”.
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP sədri Dövlət Baxçalı ilə görüşdükdən sonra Türkiyənin 2018-ci ilin iyunun 24-də erkən seçkiyə gedəcəyini açıqlayıb.