8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, öz ölkəsinin cənub sərhədlərində, yəni Suriyada terror dövlətinin qurulmasına əsla imkan verməyəcəyini bəyan edən Türkiyə dünən Fərat çayının şərqindəki Zor Mağar kəndindəki PKK/PYD hədəflərini vurub. Sərhəd xəttindəki topçu batareyalarının saat 11-də başlayan atəşi 3 saat davam edib. Türk əsgəri ilə Azad Suiya Ordusunun Tel Abyad, Aynel Ərəb (Kobani) ilə eyni anda Menbiçə də müdaxilə edəcəkləri bildirilir.
Regionda hücuma hazırlaşdığı bəlli olan YPG, Türkiyənin sərhəd qüvvələrinə təcavüz atəşi açmışdı. Türk ordusu özünümüdafiə məqsədilə tamamilə qanuni şəkildə top atışı həyata keçirib. Türkiyə Silahlı Qüvvələri Zor Mağardakı terror hədəflərini artilleriya atəşi ilə vurub. Saat 11.00-da başlanan top atışları 14.00-a qədər davam edib. 15 top atışı nəticəsində terrorçulara məxsus 4 ədəd sabit nöqtə və maşın karvanı vurulub. Türkiyənin "Yeni Şafak” qəzetinə müsahibə verən ASO komandirləri Tel Abyad, Münbiç və Ayn əl Ərəbdə birgə əməliyyatlar aparılacağını bildiriblər.