8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"The Jerusalem Post” (İsrail), 25.06.2019
Məşhur tarixçi Robert Vistrixin bir dəfə "ən uzunmüddətli nifrət” adlandırdığı fəlakət indi dirçəliş dövrü yaşayır. Bütün dünyada qəzet başlıqlarına düşən Pittsburq və Pauey sinaqoqlarında kütləvi gülləbarandan vandalizm, təhdid və zorakılıq aktları haqqında daha az gözədəyən, amma bununla yanaşı gündəlik məlumatlara qədər 21-ci yüzillikdə antisemitizmin dirçəlişi göz qabağındadır.
Əlbəttə, ultrasağlar, ultrasollar və islamçı ekstremistlər tərəfindən güc toplayan antisemitizm hər şeydən çox diqqət çəkir, amma çoxları yəhudilərə münasibətdə daha bir ənənəvi nifrət qaynağını – xristianların antisemitizmini gözdən qaçırmağa meyllidir.
İyunda erməni kilsəsinin 60 seminariyaçısı Qüdsdə Şavuot bayramında xristianların yəhudilərə hücum etməkdə çoxəsrlik meylini üzə çıxaran və Ermənistanda antisemitizmin çiçəkləndiyinin əyani bəlirtisi olan antisemit aksiya keçirib. Bundan savayı, bu insident alyanslar və kürəsəl tərəfdaşlıqlar qurmağa can atan yəhudi liderlər və İsrail hökuməti üçün xəbərdarlıq olmalıdır.
Katolik kilsəsində çoxsərlik antisemitizm ehkamına son qoyan əhatəli islahatları, habelə xristian sionizminin özəlliklə incilçi birlik içində gəlişən hərəkatını nəzərə alaraq ehtimal etmək məntiqli olardı ki, xristian antisemitizmi azalır.
Bununla yanaşı, Ərəb-İsrail münaqişəsi çərçivəsində islam terrorizmi təhlükəsi və çəkişmələri gözə alaraq güman etmək olar ki, İsrailin daha çox müsəlman ölkələrindənsə əsasən xristian ölkələrilə möhkəm alyanslar qurmaq şansı daha çoxdur.
Amma faktlar bəzən əksindən danışır – özəlliklə də dünyada ən qədim xristian ölkələrindən biri Ermənistanda. Son bir neçə ildə aparılan əks-sədalı araşdırmaların nəticələri daxil olmaqla Ermənistan cəmiyyətinin sistemli antisemitizm sərgilədiyi haqda xeyli sübutlar var. "Pew” araşdırma mərkəzinin 2018-ci il araşdırması göstərib ki, ermənilərin 32%-i yəhudiləri özlərinə həmvətən qəbul etnmək istəmir. Bundan savayı, Antidiffamasiya Liqasının növbəti "Global 100” araşıdrmasının göstərdiyi kimi, ermənilərin çoxu müxtəlif antisemit stereotipləri, "ehtimal ki, düzgündür” sayır.
Bundan başqa, 1990-cı illərin əvvəlində Ermənistan müstəqillik əldə etdikdən sonra tezliklə diplomatik münasibətlərin qurulduğuna baxmayaraq, İsrail və Ermənistan arasında münasibətlər inkişafdan son dərəcə qalıb – xüsusən Ermənistanın əsasən müsəlman qonşusu Azərbaycanla münasibətlərlə müqayisədə.
İsrailin Azərbaycanla möhkəm münasibətləri təsadüfi deyil. Azərbaycanda antisemitizmin tarixi yoxdur (bir də, doğrusu, indiki anda da antisemitizm onun üçün səciyyəvi deyil), çiçəklənən yəhudi cəmiyyəti və İsraildə olduqca çoxsaylı mühacirlər birliyi var.
Necə ola bilir ki, müsəlman ölkəsi dünyada yeganə yəhudi dövləti ilə isti münasibətlərə malikdir, Ermənistan kimi xristian ölkəsi isə antisemitizmdən əziyyət çəkir və İsraillə münasibətlər qura bilmir?
Birincisi, Azərbaycanda dinin dövlətdən aydın şəkildə ayrılması ilə izah edilən dini dözümlülüyün daha geniş durumunu nəzərə almaq gərəkdir. "Gellup international” və "WI Network of Market Research”-in birgə keçirdiyi sorğunun nəticələrinə görə, Azərbaycan araşdırılan 65 dövlət arasında ən dünyəvi ölkələrdən biridir.Azərbaycan əhalisinin 97%-i müsəlmandır, amma ölkə konstitusiyasına görə, dünyəvi dövlətdir. Dövlət təhsil sistemi dünyəvidir. Bir rəsmi dini konstitusiyada təsbit etməkdən imtina – əhalisinin çoxu müsəlman olan bir ölkə üçün dini azadlığa dəstəkdə çox böyük addımdır.
Bunu Erməni Apostol Kilsəsinin böyük nüfuza malik olduğu Ermənistanla tutuşdurun. Ermənistan eramızın 4-cü yüzilliyində xristianlığı rəsmən qəbul edən ilk dövlətlərdən biri olub. Kilsənin erməni dövlətinə təsiri bu gün də saxlanır. Ermənistanın "Vicdan azadlığı və dini təşkilatlar haqda” qanunu kilsə və dövlətin ayrıldığını müəyyən etdiyinə baxmayaraq, Erməni Apostol Kilsəsinin rəsmi milli kilsə statusu var. Bu qayda ilə Ermənistan Azərbaycan qədər xalis dünyəvi dövlət deyil.
Eyni zamanda xüsusən Şərqi Pravoslav Kilsələrindən qaynaqlanan antisemitizmin qədim qalıqlarına dair narahatlıq indiyədək saxlanır. Antidiffamasiya Liqası bu kilsələri öz liturgiyalarındakı (xristinalıqda ən əsas ibadət ayini-tərc.)antisemit parçaları çıxartmaq və əvəzləmə ilahiyyatı təliminə (və yaxud superssesionizm – yeni Əhdi-Cədid Kilsəsinin seçkin xalq sayılan İsraili əvəzlədiyi haqda xristianlıq konsepsiyası-tərc.) son qoymağa çağırıb.
Erməni kilsəsinin ölkədə əvvəlki kimi oynadığı mərkəzi rol nəzərə alınarsa, təəccüblü deyil ki, Ermənistan Holokostun tarixini dövlət səviyyəsində yenidən yazmağa cəhd göstərir, Ermənistan KİV-ləri müntəzəm şəkildə antiisrail və antisemit əhvali-ruhiyyəsi sərgiləyir, erməni seminariyaçıları isə yəhudilərə qarşı hücuma cürət edirlər. Kilsə və dövlətin həqiqi ayrılmasının yoxluğu, dini önrəyçilik və nifrət ölkə vətəndaşları arasında daha fəal güc toplayacaq.
Əhalisi əsasən müsəlman, amma bununla yanaşı dünyəvi olan Azərbaycanla təzad, çətin ki, daha heyrətləndirici ola bilsin. Azərbaycan ardıcıl şəkildə antisemitizmə qarşı çıxış edir müdafiə və iqtisadiyyat sahəsində İsraillə sıx əlaqələr saxlayır, habelə İran təhlükəsinə qarşı müdafiəçi rolunda çıxış edir.
Yəhudi liderlər və İsrailin tarixi və çağdaş konteksti diqqətə almağı gərəkdir. Ölkə haqqında dinə görə fikir yürütmək olmaz. Dini nifrətin qaynaqları haqda ümumən qəbul edilən fikir çox vaxt haqlı çıxsa da, müttəfiqləri bəzən ən gözlənilməz yerlərdə tapmaq olar.
Tərcümə Strateq.az-ındır.