8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
”Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev istefaya göndərilməlidir”. BakiPost.az xəbər verir ki, bu sözləri "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” ictimai birliyinin sədri Mirvari Qəhrəmanlı deyib.
Onun sözlərinə görə, qurumun rəhbərliyi öz vəzifə borcunu yerinə yetirə bilmədiyi üçün əhalinin qazla təminatında ciddi problemlər yaranıb: "Bir günün içində ölkədə əhali arasında böyük narazılıq yarandı. Bu narazılığa görə onu işdən çıxarmaq lazımdır. Çünki o, ölkənin qazla təminatına cavabdeh şəxsdir. Onu vəzifə sahibi ediblər. Baxıram ki, müxtəlif bəhanələr gətirirlər. Azərbaycan Avropaya qaz ixrac edir, amma bizim elə rayonlarımız var ki, hələ indi qazla təmin olunur”.
M.Qəhrəmanlı qeyd edib ki, "Azəriqaz” rəhbərliyi sosial narazılıq yaratdığı üçün prezident qarşısında hesabat verməlidir: "İki gündür ki, insanlar əziyyət çəkir, körpə uşağı olan ailələr var. Mən o adamların yerində olsam, uşağımı aparıb Əkbər Hacıyevin otağındakı hamamda çimizdirərdim. Günahkardırlar, səlahiyyətlərini belə bilmirlər. İşlərini düzgün qura bilmədikləri üçün ölkə əhalisini pis vəziyyətə salıblar. Ona görə də bu rəhbərlik nəinki istefaya göndərilməli, hətta məsuliyyətə cəlb olunmalıdır”.
Qeyd edək ki, havaların kəskin soyumasından sonra paytaxtın əksər yerlərində mavi yanacağın verilişi dayandırılıb. Bu isə əhalinin hiddətinə səbəb olub.