8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Müzəffər Cəfərovun həbsi Ağcabədi rayonunda bəzi məmurlara problem yaradacaq
Ağcabədi Meşə Mühafizə İdarəsinin sabiq direktoru Müzəffər Cəfərovun bir neçə aylıq axtarışdan sonra həbs edilməsi və istintaqın prinsipiallıq nümayiş etdirməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yüksək vəzifəli məmurlarına da təhlükə yaradıb. Bununla bağlı"Yeni Sözçü” qəzetinə daxil olan məlumatda Müzəffər Cəfərov ittiham olunduğu məsələlərlə bağlıdanışmağa başlasa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir çox vəzifəli məmurlarının da yolu istintaqdan düşəbilər. Məsələ ondan ibarətdir ki, Ağcabədi Meşə Mühafizə İdarəsinin sabiq direktoru Müzəffər Cəfərova qarşı irəli sürülən iddialar arasında büdcə vəsaitlərinin mənimsənilməsi, rüşvətxorluq və vəzifə səlahiyyətlərindən sui-istifadə də var. Bütün bunları isə bir müəssisə direktoru tərəfindən təkbaşına edə bilməzdi. Xüsusilə də maliyyə əməliyyatlarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Maliyyə İdarəsinin iştirakı olmadan həyata keçirə bilməzdi. Müzəffər Cəfərovun direktor olduğu dövrdə nazirliyə dəfələrlə şikayətlər olsa da, bakıdan göndərilən yoxlamalar həmin şikayətləri araşdırmaq əvəzinə, üstünü ört-basdır etməklə məşğul olublar. Bütün bunlar isə səbəbsiz və yoxlamada iştirak edənlərin maraqları olmadan mümkün ola bilməzdi. Deməli, Müzəffər Cəfərov istintaqla əməkdaşlıq etməyə başlasa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir çox əməkdaşlarının adı istintaq materiallarına düşəcək. Sonra isə istintaqın dairəsi daha da genişlənəcək. Bundan isə ilk növbədə Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun əleyhidarları istifadə etməyə çalışacaqlar. İddiaya görə, sabiq direktor keçmiş həmkarlarına mesaj göndərərək ona yardım etmələrini tələb edib, əks halda hər şeyi danışacağı ilə hədələyib. Belə görünür ki, sabiq direktorun bu mesajı lazımi effekti verib. Belə son günlər sabiq direktorun həbsdən buraxılması üçün hərəkətə keçilib. Belə ki, sabiq direktor Penitensiar Xidmətin səhiyyə müəssisəsinə köçürülüb. Məqsəd isə sabiq direktorun xəstə olması ilə bağlı sənədləşdirmələrin aparılmasıdır. Onun ruhi xəstə kimi sənədləşdirilməsi də gündəmdədir. Bu məsələdə Penitensiar Xidmətin səhiyyə müəssisəsində rəhbər vəzifə daşıyan Bəylər adlı şəxsin də adı hallanır. Lakin, həmin şəxsin hansı vəzifəni icra etməsi haqqında dəqiq məlumat yoxdur.
Məlumatlı mənbə iddia edir ki, əgər Müzəffər Cəfərovun həbsdən yayınmasına nail olunmasa, o zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir çox vəzifəli şəxslərinin də ciddi problemlə üzləşməsi qaçılmaz olacaq. Eləcə də sabiq direktorun həbsi Ağcabədi rayonundakı bəzi məmurlara və bank filiallarından birinin rəhbərinə ciddi problem yaradacaq. Mövzunun aktuallığını nəzərə alıb nəzarətdə saxlamağa çalışacağıq. Adları çəkilən qurum və şəxslərin mövqeyini də dinləməyə hazırıq.
Azad Aydın,
"Yeni Sözçü” qəzeti