İkinci ərəb baharı - Ərəb ölkələrini gözləyən böyük təhlükə

İkinci ərəb baharı - Ərəb ölkələrini gözləyən böyük təhlükə

 

"Financial Times" qəzeti Yaxın Şərqdə gələcək proseslər barədə analiz hazırlayıb.

"İkinci Ərəb baharı" adlı yazıda Yaxın Şərqdə yeni inqilabların toxumunun əkildiyi qeyd edilib.
Bu ölkələrdə işsizlik səviyyəsinin yüksəlməsi, siyasi təzyiqlər və iqtisadi böhranlar fonunda bu zəminin formalaşdığı bildirilib:
"2011-ci ildə başlayan birinci "Ərəb baharı"nda bir çox ölkələrdə hökumətlər dəyişdi. 2011-ci ildə insanlar azadlıq, iqtisadi rifah və ədalətli bölgü tələb edirdilər. Lakin, gözlənilənlər nəticələr vermədi. Əksinə, iqtisadiyyat daha da çökdü, siyasi azadlıqlar məhdudlaşdırıldı. Buna görə də növbəti "Ərəb baharı" başlaya bilər", - deyə məqalədə yazılıb.
Həmçinin, vurğulanıb ki, ərəb dövlətlərində hakimiyyətlərin xalqa qarşı zülmü İŞİD-dən daha təhlükəli təşkilatların ortaya çıxmasına səbəb ola bilər.



Oxşar Xəbərlər

Xəbər lenti