TARİXİ ƏMƏLİYYAT BAŞLAMAQ ÜZRƏDİR! - BÖLGƏDƏN SİLİNƏCƏKLƏR

TARİXİ ƏMƏLİYYAT BAŞLAMAQ ÜZRƏDİR! - BÖLGƏDƏN SİLİNƏCƏKLƏR

 

Sozcu.info xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin böyük bir əməliyyata hazırlaşdığı Qəndil ilə sərhəddəki İran kəndlərinin əhalisinə dövlət tərəfindən həmin məntəqələri tərk eləmək çağırışı edilib. İran ilə Türkiyə arasındakı danışıqlarda PKK-nın bölgədən silinməsi məsələsi müzakirə edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan İran ilə aparılan danışıqlarla bağlı elə deyib: "Biz həmsərhəd və eyni dinə mənsub insanlarıq. Təhdid ünsürü olan bu terror təşkilatlarına qarşı İran ilə birgə əməliyyatların aparılması gündəmdədir, hər an baş verə bilər. Bizim həmrəyliyimiz hər iki ölkənin Baş Qərargah rəisləri arasında müzakirə edilib, əməkdaşlığın detalları, diplomatik məsələlər barəsində danışılıb. Mən də İran nümayəndəsini qəbul edərkən, eyni məsələlərdə razılaşma əldə elədik. Əməkdaşlıq davam edəcək. Çünki, PKK terror təşkilatının İranda da şaxəsi var və sizə bəlli olduğu kimi PJAK adlanır. Onlar daim İrana da, bizə də zərər verirlər. İnanıram ki, qısa zamanda əməkdaşlığımız öz bəhrəsini verəcək”.



Oxşar Xəbərlər

Xəbər lenti