8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Der Spiegel” (Almaniya), 02.02.2019
Bir-birinə "Tayyib” və "Bəşər” deyə müraciət və müntəzəm olaraq qarşılıqlı səfərlər edirdilər, 2008-ci ildə də Türkiyənin dənizkənarı Bodrumunda birlikdə tətil keçirdilər. O vaxtlar baş nazir Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Bəşər Əsəd beynəlxalq siyasətdə nadir hallarda olan bir dostluq sərgləyirdilər.
Bu, qarşılıqlı faydalı əlaqələr idi: hər iki hökumət azad ticarət sazişi imzaldı, suriyalılar Türkiyəyə vizasız səyahət edə bilir, türk iş adamları Suriyada müəssisələr açırdılar.
Əsəd üçün Ərdoğan Avropaya qapı idi: Ankara ilə yaxşı təmaslar yaxın zamanda Aİ ölkələri, xüsusulə Fransanın Suriya diktatorunu şad xəbərlə sevindirəcəyi mənası verirdi. Ərdoğan özünü Avropa və Ərəb dünyası arasında körpü qurucusu kimi göstərə bildi.
Əsədin rəddini Ərdoğan təhqir kimi qiymətləndirdi
Əsədə qarşı üsyanın başlaması ilə bu dostluqdan əsər-əlamət qalmayıb. Ərdoğan Əsədi "qatil” və "terrorçu” adlandırıb, Əsəd də onu Suriyadakı "cihadçılar”ın dəstəkçisi.
Suriyadakı vətəndaş müharibəsi son illərdə hər iki ölkəni dəfələrlə hərbi qarşıdurmanın astanasına gətirib.
Amma indi onlar yenidən yaxınlaşırlar. Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu bu günlərdə Əsədlə birgə işləmək istədiyini söyləyib. Bu, qonşular arasındakı əlaqələrdə yeni möhtəşəm dönüş olacaq.
2011-ci ildə Suriyada ilk antirejim etirazları başladığı zaman Ərdoğan "Müsəlman Qardaşlar”ı hökumətə qarşı çıxmağa çağırıb. Onun üçün Suriyada qadağan edilən "Qardaşlar” təbii siyasi müttəfiq sayılıb, çünki ideoloji olaraq Ərdoğan AKP-də bənzər bir kursu təmsil edir.
"Müsəlman Qardaşlar” diktator Hüsnü Mübarəkin devrilməsindən sonra hakim siyasi qüvvəyə çevrilən Misir modelindən ilhamlanıb. Bu, Əsəd üçün dəhşət ssenarisi idi. O, Ankaradan gələn məsləhətləri kəskin şəkildə rədd edib və bunun əvəzinə öz xalqına qarşı savaşıb.
Ərdoğan Əsədin rədd cavabını fərdi təhqir kimi qəbul edib. O, kursa radikal düzəliş verib: onun məxfi xidməti üsyançıları Suriya rejiminə qarşı körükləməyə başlayıb. Onların arasında davakar islamçılar da var.
2015-ci ildə Rusiya müharibəyə müdaxilə edərkən, Türkiyə prezidenti Şamda hökumət dəyişikliyində israr edirdi. Ərdoğan "bir milyon vətəndaşını öldürmüş” prezidentlə, Suriya ilə sülhün qeyri-mümkünlüyünü vurulayırdı.
Ərdoğanın YPG qorxusu
Ancaq son aylarda Ərdoğan getdikcə Suriyada rejim dəyişikliyindən az danışır və Əsədə şifahi hücumlardan yayınır. O, diktatorla bağlı düşüncəsini dəyişdirməyb, əksinə, bu, üçüncü tərəfin – YPG-nin yüksəlişi ilə bağlıdır.
YPG terror qrupu İŞİD-ə qarşı ABŞ-la birlikdə uğurla mübarizə apararaq Qərbdə tanınıb. İndi o, Suriyanın üçdə birinə nəzarət edir, hətta kürdlərin azlıqda olduğu ərazilərə də. Ərdoğan bu qrupu ABŞ və Aİ tərəfindən terror təşkilatı kimi təsnif edilən PKK-nın Suriya şöbəsi kimi görür.
Ərdoğanın Suriya siyasətində prioritetlər dəyişib: Suriyada YPG-nin liderliyində olan kürd muxtar bölgəsindən xilas olmaq Əsəddən qurtulmadan daha üstündür.
Bir il əvvəl türk əsgərləri Suriyada Afrin şəhərini YPG idarəçiliyindən alıb. Ərdoğan sərhəd bölgəsində bufer zona yaratmaq üçün əməliyyatı şimal-şərqə keçirmək istəyib. YPG-ni İŞİD-lə mübarizədə tərəfdaş hesab edən ABŞ-ın müqavimətinə görə Türkiyənin növbəti hərbi əməliyyatı kağız üzərində qalıb.
Lakin ABŞ prezidenti Donald Tramp dekabr ayında qoşunlarının Suriyadan çıxarılmasını gözlənilmədən elan etdiyinə görə Suriyadakı kürdlərin gələcəyinə dair qərarı artıq Vaşinqton deyil, Şam və Moskva verir.
Türkiyə ilə YPG arasında yarış
Rusiya prezidenti Vladimir Putin Əsədin ən mühüm müttəfiqidır. O, protejesinin, YPG-nin də nəzarət etdiyi ərazi daxil olmaqla, bütün Suriyaya nəzarət etməsini istəyir; bu həm də Suriyanın şimalında Türkiyənin manevr imkanlarını məhdudlaşdırır.
Suriyada Trampın ziqzaq kursu Türkiyə ilə YPG arasında qəribə bir yarışa gətirib çıxarıb: hər iki tərəf Putin və Əsədlə daha tez razılıq əldə etməyə çalışır.
Kürdlər Suriya rejiminə müraciət edərək, Türkiyədən qorunmaq üçün bölgədə ən azı muxtariyyətlərinin saxlanmasını istəyirlər. Yüksək səviyyəli bir kürd səlahiyyətlisi bu həftə Vaşinqton ziyarəti çərçivəsində "Əl-Monitor” portalına kürd döyüşçülərinin Suriya ordusuna qoşulacağını söyləyib.
Ərdoğan ilə yanvar ayının sonundakı görüşündə Kremlin sahibi Putin Türkiyə və Suriyanın 1998-ci ildə Adanada imzalanan sazişinə istinad edib. Suriya hökuməti həmin sazişlə öz ərazisində Türkiyəni təhdid edən qüvvələrə qarşı mübarizəni öhdəsinə götürüb.
Adana razılaşması bərpa edilərsə, Türkiyənin Suriyanın şimalındakı YPG-yə qarşı məhdud hərbi təcavüzü qanuniləşdirəcək. Bunun qarşılığında türk hökuməti diktator Əsədi Suriyanın qanuni hakimi kimi tanımalıdır. Göründüyü kimi, Ərdoğan bu addımı atmağa çox hazırdır.
Tərcümə: Strateq.az