Anar Nağılbazın qəbrini su basdı

Anar Nağılbazın qəbrini su basdı

 

Bu gün Azərbaycan repinin atası sayılan Anar Nağılbazın doğum günüdür.

Sozcu.info  xəbər verir ki, bununla bağlı news24.az mərhum reperin eks həyat yoldaşı Anjelika Cəbiyeva ilə əlaqə saxlayıb. A.Cəbiyeva son günlər həyat yoldaşının məzarını ziyarət edə bilmədiyini açıqlayıb: "Bu gün çox təəssüf ki, Anarın məzarını ziyarət edə bilməyəcəm. Çünki güclü yağışlardan sonra məzarı su basıb. Bu da məzarın bərbad hala düşməsinə rəvac verib. Hazırda məzarın bərpası üçün işlər aparılır. Bizə iki gün ərzində işlərin bitəcəyi ilə bağlı söz verilib. Bundan sonra uşaqlarla birgə məzarını ziyarət edəcəyik".

Anjelika Cəbiyeva maddi çətinliklərdindən də söz açıb: "Hazırda uşaqlarıma Anarın valideynləri köməklik edirlər. Ancaq əsas problem ev ilə bağlıdır. Çünki illərdir kirayədə yaşayıram".

Qeyd edək ki, Anar Nağılbaz uzun sürən xəstəlikdən sonra ötən ilin avqust ayında 44 yaşında dünyasını dəyişib.



Oxşar Xəbərlər

Xəbər lenti