Nazirlik 27 bioloji qida əlavəsinə mənfi rəy verdi – SİYAHI

Nazirlik 27 bioloji qida əlavəsinə mənfi rəy verdi – SİYAHI

 

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin may – iyun aylarında 27 Bioloji Fəallığa Malik Qida Əlavəsinə (BFMQƏ) mənfi rəy verib.

Apa-nın AEM-ə istinadən verdiyi xəbərə görə, may ayında "Aminovit” (şərbət, Hindistan), "Bilkon” (kapsul, Ukrayna), "Brucuf” (məhlul, Hindistan), "Detricol” (məhlul, Hindistan), "Ekavit” (tablet, İtaliya), "Eredex” (kapsul, Banqladeş), "Evit Forte” (kapsul, Serbiya), "Eyetiger” (göz damcısı, Türkiyə), "Fohow Gaoqian” (tablet, Çin), "Gintex” (kapsul, Banqladeş), "Helmizin” (şərbət, Böyük Britaniya), "Lemolax” (mikro-imalə, İtaliya), "Lymphoclean” (tablet, Hindistan), "Seda Ver” (kapsul, Ukrayna), "Semyn 100” (tablet, İtaliya), "Triphalaclean” (tablet, Hindistan), "Ultra Mens sport” (tablet, Böyük Britaniya), "Uplink” (məhlul, İspaniya), "Urocys” (kapsul, Çexiya), "Venatura Selenium” (tablet, Türkiyə) və "Zarim” (gel, Serbiya) bioloji qida əlavələrinə mənfi rəy verilib.

İyun ayında isə "Pantefluks 5%” (sprey, Makedoniya), "Feroglobin B12” (kapsul, Böyük Britaniya), "Neurozan Plus” (tablet, Böyük Britaniya), "Balıq Yağı Vitamin” (A, D, E ilə kapsul, Rusiya), "Pregnacare” (tablet, Böyük Britaniya) və "Feroglobin Fızz” (tablet, Böyük Britaniya) ilə bağlı müraciətlər də mənfi cavablandırılıb.

Qeyd edək ki, AEM Bioloji Fəallığa Malik Qida Əlavələrinin, tibbi və kosmetoloji ləvazimatların ekspertizasını həyata keçirir.



Oxşar Xəbərlər

Xəbər lenti