Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Millətə baha dərman sırıyan monopolist deputat - FEYZİYEV KİMƏ ARXAYINDIR?
Beynəlxalq statistik göstəricilərə görə, Azərbaycan dünyanın bahalı ölkələri cərgəsindədir.
Biz bu hesabata özünəməxsus düzəliş eləsək, vətəndaşları ən çox soyan ölkələr sırasında olduğumuzu əminliklə söyləyə bilərik.
Axı hər yerdə insanlar vahiməli soyğunçuluqla qarşılaşır – restoranda, hoteldə, marketdə, ticarət mərkəzində və…aptekdə!
Əhalinin neçə faizinin xəstəlikdən əziyyət çəkdiyini demək çətindir. Amma sağlam insanın az olduğunu asanlıqla deyə bilərik.
Ölkədə şəkərli diabet, hepatit, onkoloji xəstəliklərdən tutmuş dəri-zöhrəvi, sinir, mədə, böyrək, zob və s. ağır və yüngül xəsətliklərdən müalicə alan milyonlarla azərbaycanlı var.
Azərbaycanda səhhətimizin hansı səviyyədə, əhalinin sağlamlığının nə dərəcədə olduğunu bilmək üçün "velosiped” kəşf etmək lazım deyil, apteklərin sayı, hər tin başında fəaliyyət göstərməsi faciəli nəticədir. Deməli, nəyə çox tələbat varsa, o da artır.
Məsələn, Hollandiya ya da Avstriyada qəfil qızdırmanız qalxsa, şəhəri ələk-vələk edib güc-bəla aptek taparsınız.
Axı insanlar sağlamdır, apteklərə çox müraciət eləmirlər. Bizdə isə gecə-gündüz bütün apteklərin kassalarında növbədir.
Ən dəhşətlisi isə restoranda, marketdə olduğu kimi aptekdə də bahalıq, soyğunçuluq, dərmanların "od” qiymətinə satılmasıdır.
Reportyor.info həftə sonu apardığı araşdırma zamanı müəyyən edib ki, bu bahalığın səbəbi illərdir "dərman mafiyası”nın öz gücünü saxlamasıdır.
Məntiqlə ən ucuz elə dərman olmalıdır ki, təqaüdçü də, yoxsul da ölməmək üçün ala bilsin.
Azərbaycanın dərman bazarında isə əjdahanın neçə başı olduğunu deyə bilməsək də, başı var və bulağın qarşısını kəsərək su içməyə gələndən xırs-quldurbasan kimi xərac yığır.
Yəni, dərman mafiozları apteklərdə ucuzlaşmaya imkan vermirlər və ağır sabit şəraiti saxlamaqda maraqlıdırlar.
Araşdırmalar göstərir ki. xüsusən "Avromed” dərman bazarının əsas inhisarçısı, monopolistidir, qiymətlərə ciddi təsir edə bilir.
Əməkdaşlarımızın bir neçə aptekdə keçirdiyi sorğulardan çıxan nəticələr də belə deməyə əsas verir ki, "Avromed” baş inhisarçıdır.
Bəs, onlar buna necə müvəffəq olurlar? – araşdırma qrupumuzun qeydlərinə görə, aptek sahibləri "Avromed”lə işləməyə məcbur edilir.
Bazarda olan depolar, ayrı-ayrı firmalar müxtəlif təzyiq üsulları ilə sıxışdırılır, apteklərə mal verən mənbə olaraq yalnız adıçəkilən şirkət qalır.
Misal üçün, araşdırma zamanı müəyyən eləmişik ki, "Binə” deposu deyilən dərman məntəqəsi "Avromed” tərəfindən sıxışdırılır. Həmin depo apteklərə nisbətə ucuz dərman paylaması ilə fərqlənir.
Bu da bazarın hökrmanı olan "Avromed”in ürəyinə yatmır. Amma "Binə” deposu ilk belə hədəf seçilən qurban deyil. Bu illər ərzində onlarla belə dərman idxalçıları "zərərsizləşdirilib”, bazarı tərk eləməli olub.
"Azerimed” və "Asfarma” kimi iri firmalar da inhisarçılığa görə küncə sıxılırlar. Hazırda "Avromed”lə yanaşı "Zeytun” da aptekləri dərmanla təmin edir. Ancaq hələ də onunla başa-baş rəqabət aparmaq iqtidarında deyil.
O səbəbdən də rəqabətsizlik apteklərdə bahalığa, vətəndaşların cibinə uyğun olmayan qiymətlərə gətirib çıxarır.
Sorğularımızın qənaətinə görə, əhali apteklərdə bahalıqdan çox şikayətçidir. Baş Nazir, Tarif Şurası və ümumən hökumət səviyyəsində qiymət siyasətinə heç bir müdaxilə yoxdur.
Hökumət firmaları qiymətləri endirməyə çağırmalıdır, bazarda qiymətlərin tənzimlənməsi üçün siyasət həyata keçirməlidir.
Hətta 2015-ci ildə prezident İlham Əliyev dərmanların başqa ölkələrlə müqayisədə Azərbaycanda baha olduğunu açıqlamışdı.
Sitat: "Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır və insanlar məcbur olub bu dərmanları alırlar.
Bir çox hallarda keyfiyyətsiz dərmanlar satılır. Bu məsələ dərindən öyrənilib.
Digər tərəfdən, dərmanlar var ki, müxtəlif ölkələrdə istehsal olunur. İnkişaf etmiş ölkələrdə onların qiyməti bahadır. O qədər də inkişaf etməmiş ölkələrdə o qiymət aşağıdır.
Gedirlər ən ucuzunu, ən aşağı keyfiyyətlisini alırlar, gətirirlər, ən baha qiymətə satırlar. Bu, hələ məsələnin az bir hissəsidir.
Mən burada bu barədə çox danışmaq istəmirəm. Ancaq bu sahədə çox ciddi pozuntular olub və var. Bu pozuntulara son qoyulmalıdır”.
***
R
eportyor.info
-nun araşdırma qrupunun qeydlərinə görə, prezidentin çıxışından 5 ilə yaxın vaxt keçir və dərman şirkətlərinin, əsasən də "Avromed”in məsuliyyətsizliyi davam edir.
Bu şirkətin səhmdarlarından biri deputat Cavanşir Feyziyevdir. Cavanşir Feyziyev iddia etdi ki, 2015-ci ildə növbəti parlament seçkilərindən sonra "Avromed”də təsisçilik hüququndan imtina edib və öz səhmlərini satıb.
Əcəba Cavanşir Feyziyev bu səhmləri kimə satıb? Onu təsisçilik hüququndan imtina etməyə nə vadar edib? Bu suallar hələ də açıq qalır…
Şirkət haqqında şaiyələr yayılır ki, guya dərman bazarında öz yerini sürətlə itirir, regionlardakı filiallarıbağlanır, Pfizer, Novartis, Roche, Sanofi-Aventis, Abbot, Alcon, Berlin Chemie, Novo Nordisk, Eli Lilly, Takeda kimi əczaçılıq nəhəngləri artıq şirkətlə əməkdaşlığı dayandırır. Hamısı manipulyasiyadır, diqqətdən yayındırmaq cəhdləridir.
Faktiki olaraq, "Avromed”ə rəhbərlik edən deputat Cavanşir Feyziyevdir, apteklərə mal paylayan yenə həmin şirkətdir, bahalığın, inhisarın baiskarı da onlardır, prezidentin tənqidlərini qulaqardı edən də biznesmen-deputatdır.
O, həmin deputatdır ki, "Quska” ləqəbli keçmiş deputat, həbsdə olan Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alması, müğənni Gülyazın adına rəsmiləşdirməsi ilə gündəmə gəlmişdi.
C.Feyziyevin ondan az əvvəl də ölümlə nəticələnən qəzada adı keçmişdi. "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında deputat Cavanşir Feyziyev olubmuş.
Amma haşiyədən kənara çıxmayaq və qeyd etməliyik ki, dərman bazarında bahalıq ciddi narazılıq doğurmaqdadır.
Bu, İ.Əliyevin xəbərdarlıqlarına daban-dabana zidd getmək və öz maraqlarını diqtə etmək siyasətidir. C.Feyziyev və "Avromed” kimə arxayındır?
Onu da deməliyik ki, Azərbaycanda hələ də dövlət farmakopeyası, dərmanlarla bağlı dövlət reyestri yoxdur.
İnsanlar bilmir ki, Azərbaycan ərazisində istifadəsi üçün icazə verilən dərman preparatlar hansılardır.
Preparat keyfiyyətsiz olanda firmadan nəsə tələb etmək üçün hüquqi əsas olmalıdır. Ölkənin dərman bazarında çox anormal vəziyyət hökm sürür.
Hərdən dərmanın üstündə yazılmış istehsalçı ölkə düzgün göstərilmir.
Yoxlayanda bilinir ki, bu ölkədə heç bu dərmanın adını tanıyan yoxdur, amma Azərbaycanda bu dərman satılır. Məsələyə milli maraqlardan yanaşılmalıdır, korporativ maraqlarından yox./
reportyor.info
/
Oxşar Xəbərlər
“Azərbaycanda hər il 20-25 min nəfər şəkər xəstəliyinə tutulur” - Mərkəz direktoru
“MİLLƏTƏ AÇIQ ŞƏKİLDƏ DEMƏK LAZIMDIR Kİ…” - Deputat
Dərmanların qiymətlər yenə “ceyran” belinə çıxıb
Xərçəngi tez aşkarlamaq üçün nə etməli?-
Xəbər lenti
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Xırdalanda yaşayış binasındakı YANĞIN
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq