Dərmanların qiymətlər yenə “ceyran” belinə çıxıb

 

Dərmanların qiymətlər yenə “ceyran” belinə çıxıb

 


 

İqtisadçı-ekspert: " Vətəndaşlara dövlətin maliyyə dəstəyi lazımdır”

 

   Məlum olduğu kimi Tarif Şurası mütamadi dollar kursuna uyğun olaraq sadə xalq kütləsinin maddi durumunu nəzərə almadan, bahalaşma "prosesini” davam etdirir. Bu qurum təkcə qazın, suyun, işığın deyil eyni zamanda əhalinin ən çox təlabatı olan ərzaq məhsullarının və dərman vasitələrinin qiymətlərini dəfələrlə qaldırıb. Demək olar ki, bahalaşmada "öndə” gedən dərman vasitələrinin qiymətini əhəmiyyətli şəkildə artırıb.Amma bir müddət əvvəl Tarif Şurasından verilən məlumata görə, ölkədə 300-növdən artıq dərman vasitəsinin yeni satış qiymətləri təsdiq edilib və indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsi ilə uyğunlaşdırılıb.

Ancaq paytaxtın müxtəlif apteklərində apardığımız müşahidələr bütün bunların əksini deyir.Yəni, məlum oldu ki, Tarif Şurası 300-dən çox dərmanların yeni satış qiymətlərini müəyyən etməsinə baxmayaraq həmin qurum əvəzində 10166 dərman pereparatlarının qiymətlərı xeyli artırıb. Məlum olub ki, bir müddət əvvəl satılan 3,35 manatlıq dərmanlar indi 5, 47 manat olub. Məsələn, bronxal astma xəstələrinin istifadə etdiyi İspaniyada istehsal edilən”  Eslorat NORMON”  5 mq tabletin topdansatış qiyməti 4,56 manat və pərakəndə satış qiyməti isə 5,47 manat olub. Keçən ay bu pereparatının qiyməti 4,94 manat idi.Təkcə adıçəkilən pereparatda 0,53 manatlıq və ya 10,1 faizlik artım olub. Tarif Şurasının 2015-ci il 30 iyul tarixli qərarında adıçəkilən dərman pereparatının topdan və pərakəndə satışının tənzimlənən qiyməti uyğun olaraq 2,79 manat və 3,35 manat təsdiqlənib. Belə çıxır ki, bahalaşma 63 faizdir.Həm də bəlli oldu ki, apteklərdə dərmanlar şuranın təyin etdiyi qiymətlərdən baha satılır. Üzərində istehsalçı ölkə və şirkət olaraq Türkiyə Bilim İlaç San. ve Tic. AŞ qeyd olunan "Momezon MOMETASONE FUROATE "50 mkq/doza burun üçün sprey (flakon 140 doza) üçün 9,86 manat topdan satış, 11,83 manat pərakəndə satış qiyməti müəyyənləşib.Eyni firmanın eyni dərmanı 1 ay əvvəl 10.70 manata alınıb. Bu dərmanın qiymətində 1.13 manat və ya 11 faizlik artım var. Gəlin nəzər yetirək İtaliya istehsalı olan "Berodual IPRATROPIUM BROMIDE + FENOTEROL HYDROBROMIDE” (25 + 50) mq məhlulun topdan satış qiyməti 8,69 manat, pərakəndə satış qiyməti də 10,43 manat müəyyənləşib. Almaniya istehsalı olan Berodual-ın (flakon 10 ml) topdansatış qiyməti 13,67 manat, pərakəndə satış qiyməti isə 16,40 manat təyin edilib.

     Keçən il qiymət tənzimlənməsindən sonra satışdakı dərmanların nə qədər baha olduğu ortaya çıxmışdı. Həmin vaxt Şura pereparatların əvvəlki və mövcud qiymətlərini müqayisəli şəkildə verirdi və buradan da nəyin nə qədər dəyişdiyinin şahidi olurduq. Hazırda belə bir müqayisə verilmir. Çünki özlərinin nə qədər bahalanma yaratdığı müqayisədə ortaya çıxa bilər. Amma əlimizdə tənzimlənən və indiki qiymətlər mövcuddur. Aradakı fərq xeylidir. Keçən il tənzimlənən siyahıda nisbətən əlçatan qiymətə olan dərmanların sayı üstünlük təşkil edir. Hazırda qiymətlər "ceyranın belində”-dir. Vətəndaşların daha çox istifadə etdikləri tələbat olan dərmanlar bahalaşdrılıb.

   Qeyd edək ki, dövlət proqramı üzrə müəyyən qrup xəstələrə pulsuz dərmanlarla təmin olunması üçün dövlət büdcəsindən hər il xeyli miqdarda vəsait ayrılır. Belə ki, "Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə müvafiq tədbirlər proqramı çərçivəsində onkoloji xəstələrə dövlət hesabına verilən dərman pereparatlarının siyahısında 229 dərman pereparatı var. "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə də bu proqrama uyğun olaraq əsasən isə həmin xəstəlikdən əziyyət çəkən xəstələrə  pulsuz verilən dərmanların siyahısında 17 adda dərman pereparatı və tibbi təchizat vasitələri və 702 reaktiv, reagent və laborator ləvazimatlar daxildir.

   Eyni zamanda "Xroniki böyrək çatışmazlığı üzrə tədbirlər proqramı”ı ilə əhaliyə 60 dərman pereparatı və hemodializ üçün 13, Periton dializ üçün 10 dərmanın, 130 reaktiv, reagent və laborator ləvazimatların pulsuz verilməsi nəzərdə tutulub. Həmçinin yoluxucu xəstəliklərə görə, tədbirlər proqramına əsasən əhaliyə 12 dərman pereparatı və TTV pulsuz verilməsi nəzərdə tutulub. Dövlət proqramında həmçinin "Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına” görə respublika əhalisinə pulsuz verilməli olan dərman ləvazimatlarının siyahısında 11 dərman pereparat və TTV, 28 reaktiv, reagent və laborator ləvazimatları daxil edilib. Bununla bərabər,  "Şəkərli diabet üzrə Dövlət Proqramı”nda 19 dərman pereparatı və TTV-nin xəstələrə pulsuz verilməsi nəzərdə tutulub. Məumat üçün bildirək ki,  "Azərbaycan Respublikasında HİV/AİDS-in qarşısının alınması və onunla mübarizə” proqramına əsasən əsasən 22 dərman pereparatları və TTV-nin, 25 reaktiv, reagent və laborator ləvazimatlar əhaliyə pulsuz paylanması nəzərdə tutulb və Dövlət proqramına əsasən "Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”na əsasən 27 dərman pereparatı və TTV-nin, 59 reaktiv, reagent və laborator ləvazimatların əhaliyə pulsuz verilməlidir. Qeyd edək ki, "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və  müalicəsinin maliyyələşdirilməsi qaydası"na əsasən 35 dərman pereparatı və TTV, 14 reaktiv, reagent və laborator ləvazimatlar əhaliyə pulsuz verilməsi və  həmçinin "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”da çərçivəsində ana olan qadınlara   əhaliyə 20 dərman pereparatı və TTV-nin pulsuz verilməsi nəzərdə tutulur. Dövlət Proqramına əsasən stasionar tibb müəssisələrində müalicə olunan və imtiyazlı qruplara daxil olan xəstələr də pulsuz dərman pereparatları və tibbi ləvazimatların verilməsi nəzərdə tutulub. Ölkədə stasionarda müalicə alan bütün xəstələrə 166 adda dərman vasitələri, müxtəlif imtiyazlı qruplara daxil olan xəstələrə isə 99 adda dərman pereparatları pulsuz paylanılmalıdır. Məlum olduğu kimi Hepatit xəstəliyinə yoluxan xəstələrin də müayinə və müalicəsi Səhiyyə Nazirliyinin üzərindədir. Belə ki, onlar da nazirlik tərəfindən  pulsuz dərmanlarla təmin olunmalıdırlar. Bunun üçün, hətta əsasnamə də var. Amma təssüflə bildirməliyik ki, apardığımız araşdırmalar zamanı məlum oldu ki,  Dövlət Proqramına əsasən müxtəlif xəstəlikləri olan insanlara nəzərdə tutulan dərman perepartları və ləvazımatların əksəriyyəti apteklərdə satışdadır.

   Araşdırmamız zamanı məlum oldu ki, Tarif Şurası daha çox istifadə etdiyi Rusiyada istehsalı olan "Ribavirin” və "İnterferon”un da topdan və pərakəndə satış qiymətləri müəyyən edib. Hazırda 200 mq-lıq Rusiya istehsalı olan "Ribavirin” kapsullarının topdan satış qiyməti 10,37 manat, satışı 12,44 manat təşkil edir. Bu dərmanların Belçika mənşəli olanlarının qiymətləri isə uyğun olaraq 89,76 və 106,17 manatdır. Həmin dərmanların ABŞ, Kanada və İsveçrə də istehsalı olanların qiymətləri  132,29 və 154,21 manata müəyyən edilib. Qeyd edək ki,

"İnterferon” dərman perepartı da müxtəlif ölkələrdə istehsal olunur. Almaniyada istehsal olunan bu kapsulun qiyməti 15 manatdan başlayıb 1. 346 manata qədərdir . Hər halda hökumət 1300 manatlıq dərmanları pulsuz vermir. Sadəcə maraqlısı budur ki, kasıb adamların bu cür  dərmanlardan istifadə etsə  onların bir illik əməkhaqqısı buna çatmaz.

Qiymətlər bahalaşdırılan dərmanların sıyahısında adları qeyd olunan Kanada və İtaliya istehsalı olan 120 ml.-lik” Abiraterone” tabletlərinin topdan satış qiyməti 4826,45 manat (ƏDV-li), pərakəndə satışı 5364,73 manat müəyyənləşib. Bu pereparat prostat xərçənginin müalicəsində istifadə edilir  və qiyməti çox bahadır. Kanadada həmin dərmanın qiyməti 4200-6000 dollar arasındadır.Öləmizdə isə apteklərdə həmin dərman dolların bu günkü məzənnəs ilə ən ucuzu 7500 manata satılır. Ölkəyə idxal edilən dərman pereparatlarından ən baha satılanları aşağıdakıları misal çəkə bilərik. Belə ki, hazırda Bakı şəhərinin apteklərində  ABŞ və Almaniya istehsalı olan "Alflibercept”-in 1.256 ,"Albumin” 1.623,94,  "Alteplase” 7.57,39, Almaniya mənşəli "Axıtınıb” 5.705,04, hətta 17.079,54, Almaniya, Belçika, Sinqapurda istehsal edilən  "Bendamustine” 3443,95 və  "Boceprevir” dərman prepatları isə  4012,63 manata satılır. Sual olunur: "Bəs, yuxarıda adları qeyd olunan, qiymətləri bahalşan bu dərmanlara ehtiyacı olan cüzi əməkhaqqı alan əhali həmin dərmanları necə alacaq?”

İqtisadı Vüqar Bayamovun sözlərinə görə, hökumət qiymətləri qaldırınca əvvəl hökumət tərəfindən əhalinin çox çətin durumunu nəzərə almalı və əlavə maliyyə dəstəyi etməli, daha çox ehtiyacı olan ailələrə, insanlara yardımlar olunmalıdır.Həmçinin hökumət apteklərdə qiymətlərin tənzimlənməsi, Dövlət Proqramı əsasında nəzərdə tutulan pulsuz mülicənin edilməsi üçün ciddi nəzarət olunmalı, xəstəxanalarda rüşvətxorluğun və qarşısının alınmasından ciddi və müvafiq tədbirlər həyata keçirməli "işbazlara” qarşı mübarizə daha da sərtləşdirilməlidir.

Tanınmış iqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, əhalinin maddi vəziyyətini yaxşılaşdırmaqdan ötrü hökumət tərəfindən daha səmərəli addımlar atmalı, insanların yaşayışını yaxşılaşdırmaq üçün maliyyə dəstəyi göstərməli və kompensasiyalarla təmin olunmalıdırlar. Ekspertin fikrincə əks təqdirdə insanların yaşayış səviyyəsi daha da aşağı düşəcək.  

 

 

                                                 Elman Maliyev



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}