Bu gün, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev Rusiyanın Rostov vilayətində təşkil olunmuş və 24-25 avqust 2020-ci il tarixlərində keçirilən "Operatorlar nəzəriyyəsi və harmonik analiz - OTHA2020" adlı virtual Beynəlxalq elmi konfransda iştirak edib.
Alim konfransın plenar iclasında “Characterizations of generalized fractional maximal and integral operators in Orlicz and generalized Orlicz-Morrey spaces on Carnot groups”("Karnot qruplarında Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında ümumiləşmiş kəsr maksimal və inteqral operatorların xarakteristikası")mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Karnot qruplarında Orliç fəzalarında ümumiləşmiş kəsr maksimal və inteqral operatorların güclü və zəif məhdudluğu üçün meyar alınıb. Həmçinin ümumiləşmiş Orliç-Morri fəzalarında ümumiləşmiş kəsr maksimal və inteqral operatorların Spanne və Adams tipli məhdudluğunun xarakteristikası verilib.
Çıxış konfransın“Operator Theory & Harmonic Analysis” youtube kanalında yerləşdirilib.