SON DƏQİQƏ: Füzülidə ƏMƏLİYYAT KEÇİRİLDİ -
FOTO
“Bu hadisə nə mülk, nə də pul üstündə baş verib”-
Qətlə yetirilən gəlinin qaynanası
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
Azərbaycanda təsərrüfat sahələri ilə bağlı mühüm açıqlama
İlhamə Quliyevanın bacısı qızının cinayət işi məhkəməyə göndərildi
Turistlərin tapması üçün bu ərazidə 40 min manatlıq qızıl gizlətdilər
Bu imtahanların tarixləri açıqlandı
Birgünlük geomaqnit qasırğası olacaq
Konqres İran danışıqlarının detallarını tələb edir
Fuad Çıraqov yüksək vəzifəyə təyin olundu
Simonyandan Azərbaycanla bağlı ŞOK ETİRAF:
"Bir sirrin üstünü açım..."
Azərbaycan nefti BAHALAŞDI –
Görün neçəyə oldu
Əvvəlki
Sonrakı
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Fazil Məmmədovun mülklərini satışa çıxarmasının sirri -
Londona qaçış planı...
Belə məlumatlar var ki, sabiq nazir dəyəri milyardlarla ölçülən vəsaiti illər öncədən Britaniyaya yerləşdirib
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsə göndərilməsi daha bir eks-nazirin canına qorxu salıb. Şəmkirdəki malikanəsində yaşayan keçmiş vergilər naziri Fazil Məmmədov bugünlərdə səksəkə içindədir. Qapısına gələn hər kəs gözünə “qara maskalı” kimi görünür. Fazil Məmmədov Səlim Müslümov kimi həbsə düşmək istəmir.
Vergilər naziri olduğu dönəmdə sahibkarlara tutduğu divan, eləcə də nazirlikdəki rüşvət, korrupsiya o qədər aşkar və təkzibolunmaz idi ki, çoxları onun vəzifədən kənarlaşdırılan kimi həbs ediləcəyini gözləyirdi. Ancaq gözləntilər özünü doğrultmadı. “Xəstəyəm” deyib ah-vay edən, tez-tez xəstəxanaya aparılması xəbərləri ilə gündəmə gələn Fazil Məmmədov nazir olduğu günlərdə ölçüsüz corab kimi böyüyən biznes imperiyasının bir hissəsini itirsə də, ayaqda qaldı.
Ara-sıra Fazil Məmmədov yada düşür, ondan xalqdan oğurladıqlarını geri qaytarması üçün tələblərin olduğu eşidilirdi. Səlim Müslümovun həbsindən sonra isə vəziyyət dəyişib. İndi bəlli olur ki, onun ətrafında araşdırmalar hələ də davam etdirilir. Həmin araşdırmaya sabiq nazirə aid ölkədə və ölkədən kənarda yerləşən bütün əmlaklar, eləcə də onun yaxın ətrafının fəaliyyətinin də daxil edildiyi bildirilir.
Vəzifədən çıxarılandan sonra səhhəti qəfil pisləşən nazirin əvvəlcə özünün Gəncədəki xəstəxanasında, ardından isə Türkiyədə müalicə olunması xəbərləri yayıldı. Fazil Məmmədovun “səhhəti ağırdır” xəbərlərini məqsədli yaymaqla nazir vəzifəsində çalışdığı 17 ildə ələ keçirdiyi sərvətləri qorumağa çalışırdı. Əks halda, elə nazir olduğu dönəmdə belə xəbərlərin ictimailəşməsinə niyə mane olub? Və ya Fazil Məmmədov vəzifədən çıxarılan kimi xəstəlik tapdı? Əlbəttə ki, yox. Vəzifədə olarkən xalqdan oğurladıqlarını cilddən-cildə girməklə ört-basdır etməyə çalışdığı kimi, qovulandan sonra da bu şəkildə qorumağa baş vururdu. Ona zaman da tanımışdılar. Belə görünür ki, Fazil Məmmədov xalqın malından asanlıqla əl çəkmək niyyətində deyil.
Sabiq nazirin ata yurdu Şəmkirdə hər tində bir müəssisəsi, fabriki, istixanaları, quşçuluq fabrikləri və s. biznes strukturları vardı. Vəzifədən çıxarılandan sonra aparılan ilkin yoxlamalarla müəyyən olunub ki, Fazil Məmmədovun qohum-qardaşının yaşadığı Şəmkir rayonunda salınan təkcə 1 parka görə büdcədən 830 milyon manat silinib. Faktiki isə parkda görülən işlərin dəyəri 83 milyon manatdan da az olub. Bundan başqa, məlum olub ki, 2010-cu ildə ölkə rəhbərliyinin iştirakı ilə açılışı baş tutan Gədəbəy rayonunun yeganə stadionunu Fazil Məmmədov 2015-ci ildə özününküləşdirib. Böyük pul kütlələrinin büdcədən yayındırılaraq ofşorlara yönləndirilməsində sabiq nazirin yaxın qohumu olan Binəqədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərovun da adı keçirdi. Fazil Məmmədov Azərbaycan iqtisadiyyatına yönəlməli olan milyardları xarici ölkələrdə öz biznes şəbəkəsini yaratmağa sərf edib. Belə ölkələrdən biri də Ukraynadır. Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu hoteli, siqaret, təkər zavodu və böyük bazarı var. Kiyevdəki hotel “11 Mirrors Design Hotel” adlanır. Bu haqda əvvəllər yazmışıq. Sadəcə, yada salmaqda fayda var.
Onun Kiyevdəki “Vladimirski” bazarı böyük biznesinin kiçik bir parçasıdır. Kiyevdəki bazarlar arasında böyüklüyünə görə ilk üçlükdə olan bu bazarda paltar və meyvə-tərəvəz satılır. Kiyevin ən bahalı bazarı hesab olunur. Ukraynadakı təkər zavodunun 49 faizi, Xarkov siqaret zavodunun səhmlərinin 41 faizi sabiq nazirə məxsusdur. Sabiq nazirin Ukraynanın kurort şəhəri Truskovetsdə də olduqca lüks hoteli var. Həmin hotel “Mir” adlanır. Nazirin hotelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bu nömrələr arasında “Prezident stili” kateqoriyasından olanlar xüsusi diqqət çəkir. Hotelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir. Bunlar sabiq nazirin xaricdəki böyük biznesi haqda kiçik məlumatlardır.
Azərbaycanda vəzifədə olarkən sabiq nazirin kurasiyasında bir neçə rayon vardı. Binəqədi, Şəmkir, Gədəbəy və Yardımlı rayonları sabiq nazirin qeyri-rəsmi “qubernatorluğuna” daxil idi. Həmin dövrlərdə Gədəbəydəki istirahət mərkəzlərinin demək olar ki, hamısı Fazil Məmmədovun kurasiyasında idi. Rayonda “Narzan” adlanan istirahət mərkəzi, “Eldorado” hoteli və çoxsaylı obyektlər Fazil Məmmədova hər gün milyonlar qazandırırdı. Fazil Məmmədov vergilər naziri postundan çıxarılandan sonra özünün və yaxınlarının adına rəsmiləşdirdiyi əmlakları digər şəxslərin adına keçirməsi haqda məlumatlar yayılmışdı. Məlum olmuşdu ki, Fazil Məmmədov nazir postunda ikən Şəmkirdə inşa etdirdiyi müxtəlif tikililəri “özgəninkiləşdirməklə” əlindən çıxarılmasını önləmək istəyir. Onun Şəmkirdəki mal-mülkü isə bir deyil, iki deyil. Şəmkirin girişindəki “Şəmkir səbəti” adlı hipermarketdən tutmuş, rayonun Sabirkənd kəndi ərazisindəki saysız-hesabsız istixanalara qədər gəlir gətirən hansı sahə varsa, ora sabiq nazirin olub. Sabirkənddə yan-yana 200-ə yaxın istixanada Fazil Məmmədovun adamları əsasən “kitayski roza” əkdirir və xaricə daşıtdıraraq satdırırdılar. Keçmiş nazir “Şəmkir-Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətini qardaşı Vaqif Məmmədovun adına rəsmiləşdirib. Zəyəm qəsəbəsində yerləşən, sovet dövründə “Bakı avtomobil ehtiyat hissələri” zavodunun filialı kimi fəaliyyət göstərən zavod da Fazil Məmmədovun olub. Adı “Zəyəmkəndmaş”a dəyişdirlən zavodda Fazil Məmmədovun istixanaları üçün metal konstruksiyalar hazırlanıb. Sabiq nazirə məxsus olduğu bildirilən daha bir obyekt - “Şəmkir Ət-süd” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisənin icraçı direktoru Fazil Məmmədovun qardaşı oğlu Tamerlan Məmmədovdur. Bundan başqa, “Yalta Meşə” Ailəvi İstirahət Mərkəzi də Fazil Məmmədovun xeyir-duası ilə yaradılıb və eks-nazirin əmisi oğlu Kamal Məmmədovun adına rəsmiləşdirilərək işlədilib.
Fazil Məmmədovun nazirliyi dövründə Şəmkir görkəmini dəyişib, müasirləşib. Amma görülən işlər rayonun bir çox sakinlərinə, xırda biznesmenlərə badalaq vurulması ilə nəticələnib. Torpaqları əllərindən alınıb, obyektləri, evləri sökülüb. Kompensasiya kimi isə qəpik-quruş ödənilib, etirazları qulaqardı olunub. Şəmkirə böyük paralar yatırdığından o, son illərə qədər bura kənar maliyyənin daxil olmasına da imkan verməyib. Qonşu Gədəbəy rayonu ilə Şəmkir arasında yerləşən Yasamal dağında təxminən 30 hektarlıq bir ərazisi də sabiq nazirin aktivinə yazılır. Geniş meşə massivi olan ərazidə vaxtilə sakinlər istirahət edib. Günlərin birində isə Fazil Məmmədovun yolu bu ərazilərə düşüb və meşə massivi də Fazil Məmmədovun “ölçüsüz corab”a çevrilmiş biznesinin bir parçasına çevrilib. Meşə massivini mənimsənilməsi daha çox narazılıqlara səbəb olsa da, bu, Fazil Məmmədova ərazidə imarət və ətrafında çoxsaylı villalar tikdirməyə mane olmayıb. Beləcə “Yastı meşəsi” adlanan istirahət zonası da F.Məmmədovun saysız-hesabsız obyekti kimi fəaliyyətdə olub. Xırda talalarla zəngin olan əsasən, meşələrin əhatə etdiyi Yasamal dağında çoxlu bulaqlar da var və insanlar daha çox həmin bulaqların başında süfrə qurub piknik etməyi sevirlər. F.Məmmədov isə “Yastı meşəsi” ilə bərabər bütün bu cür talaları, bulaqların hamısını zəbt edib. Bu cür “xortumlama” sayəsində Fazil Məmmədov uzun illər ölkənin ən iri məmur oliqarxları sırasında ilk üçlükdə olub. Özü zənginləşib, dövlət büdcəsinə isə milyardlarla manat vergilər çatmayıb!
Son məlumatlara görə, Şəmkirdəki malikanəsində yaşayan və səhhəti normallaşan Fazil Məmmədov bu rayondakı bütün obyektlərini satır. Artıq sabiq nazirin məşhur “Elselsior” (Excelsior) hotel şəbəkəsini satdığı da iddia olunur. Eks-nazirin Şəmkirdəki obyektlərini niyə birdən-birə satışa çıxardığı haqda məlumat yoxdur. Bu barədə bir neçə versiya irəli sürmək olar. Əvvəla, onun əvvəldə də dövlətə xeyli borcu olduğu və bunu qaytarmaq üçün zaman istədiyi deyilirdi. Səhhətində yaranmış problemlər səbəbindən ona müəyyən müddət güzəşt də edildi. Amma belə görünür ki, sabiq nazir bu müddəti daha da uzatmaq istəyi alınmayıb. Səlim Müslümovun həbsi isə onu da qorxuya salıb və həbsə getməmək üçün oğurladıqlarını qaytarmaq üçün hərəkətə keçib. Ola bilsin ki, biznesini başqa ölkəyə köçürmək planı da var. Fazil Məmmədov nazir olduğu günlərdə özünün köməkçisi Qafar Qurbanovu və onun qardaşı, mühafizə xidmətinin rəisi Samiri Londona göndərmişdi.
Qafar Qurbanov uzun illər keçmiş Fazil Məmmədovun ən inanılmış adamı və sirlərinə bələd olan biri kimi ad çıxarmışdı. O dövrdə Qafar Qurbanov Fazil Məmmədova məxsus “AtaBank”ın Müşahidə Şurasının üzvü idi. Qurbanov nazir köməkçisi olsa da, nazirin özü qədər dəbdəbəli həyat sürürdü. Böyük maliyyə vəsaitlərinə birbaşa çıxışı olan Qurbanov Bakıda Az 90 AA 041 nömrəli müxtəlif lüks xidməti maşınlarda gəzirdi. Nazir köməkçisi olaraq Qurbanovun tez-tez Londona ezamiyyətləri də suallar doğururdu. Nazir köməkçisinin Londonda nə işi ola bilərdi?
Sonradan Fazil Məmmədov köməkçisi ilə mühafizə rəisini qəfil dəyişdi. Elə bir görüntü yaradıldı ki, sanki Fazil Məmmədov artıq bu qardaşlarla əlaqəyə malik deyil. Faktiki isə Fazil Məmmədovla qohumluq əlaqələrinə malik olan Qurbanovların bu gün də əlaqələrinin olması haqda xəbərlər var. Yəni Fazil Məmmədov illər öncədən özünün nazir postundan uzaqlaşacağı “qara gün” planını işə salmışdı. Belə məlumatlar var ki, dəyəri milyardlarla ölçülən vəsait illər öncədən Qurbanovlar vasitəsilə Londona ötürülüb. Hazırda Qafar və Samir Qurbanovlar Londonda yaşayır. Onların ailə üzvləri Londonun ən bahalı alış-veriş mərkəzi olan Harrods-un daimi müştəriəri arasındadır. Hətta Qafar Qurbanovun Londonda “Triangle LTD” adlı şirkətə sahib olduğu da bildirilir. Fazil Məmmədovun qaçış planı nazir olduğu günlərdən hazırdır. Qaçış baş tutsa, ölkədən oğurlanan milyardları geri qaytarmaq mümkün olmayacaq. Fazil Məmmədov 4 ilə yaxındır ki, nazir deyil və onun üçün cavab vermək zamanı çatıb...
Oxşar Xəbərlər
Fazil Məmmədovun vəziyyəti necədir? - Sabiq icra başçısından AÇIQLAMA
Fazil Məmmədov Vergilər Nazirliyində xüsusi struktur yaradır
Sabiq nazirlər milyonluq mülklərini NİYƏ SATIŞA ÇIXARIB?
Fazil Məmmədov “American Hastanesi”nə yerləşdirilib
Xəbər lenti
SON DƏQİQƏ: Füzülidə ƏMƏLİYYAT KEÇİRİLDİ -
FOTO
Kimin evində varsa ŞAD XƏBƏR -
QİYMƏT ARTDI
Pensiya ilə bağlı kritik xəbər -
Bu tarixi qaçıranlar MİNLƏRLƏ PUL itirəcək
“Bu hadisə nə mülk, nə də pul üstündə baş verib”-
Qətlə yetirilən gəlinin qaynanası
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
Azərbaycanda təsərrüfat sahələri ilə bağlı mühüm açıqlama
İlhamə Quliyevanın bacısı qızının cinayət işi məhkəməyə göndərildi
Turistlərin tapması üçün bu ərazidə 40 min manatlıq qızıl gizlətdilər
Bu imtahanların tarixləri açıqlandı
Birgünlük geomaqnit qasırğası olacaq
Övladlığa götürdükləri 12 yaşlı qız, əslində, GÖRÜN KİM İMİŞ -
ŞOK FOTOLAR
Konqres İran danışıqlarının detallarını tələb edir
20 ballıq cərimə limiti artırılır? -
VİDEO
Fuad Çıraqov yüksək vəzifəyə təyin olundu
Əhaliyə XƏBƏRDARLIQ -
Yenə BAŞLANIR!
Simonyandan Azərbaycanla bağlı ŞOK ETİRAF:
"Bir sirrin üstünü açım..."
FHN-dən hava ilə bağlı əhaliyə -
MÜRACİƏT
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
Bu il hansı qrupda ballar aşağı düşəcək?
Evlər niyə çökür? - RƏSMİ
Azərbaycan nefti BAHALAŞDI –
Görün neçəyə oldu
Maaşların gecikdirilməsi iddiaları ilə bağlı açıqlama -
Özəl
Bakıda DƏHŞƏTLİ QƏTL: Qayınata gəlinini öldürdü
TƏCİLİ!
Milli Məclisin növbədənkənar iclası çağırıldı
SON DƏQİQƏ: İran ABŞ ilə danışıqları dayandırdı
Xına mərasimində DƏHŞƏT -
yaralılar var
Medvedevdən Paşinyana şok hədə: "Sonu faciəvi olacaq"
Sabah BTQ-nin açılışı olacaq
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Prezident Administrasiyasında qəbul edilib
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Argentina yığmasında Messi ilə bağlı ŞOK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
XƏBƏRDARLIQ
Bu 7 ölkə Türkiyənin üzünə QAPILARI BAĞLADI
Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu
İlham Əliyev onlara müraciət ünvanladı
Bazarda alça və gilas görün neçəyə satılır -
Qiymətlər...
BMT-nin baş katibi İlham Əliyevi təbrik etdi
Bu bürclər bir-biri ilə evlənməməlidir
Zelenskidən Rusiyaya qarşı yeni sanksiyalar
SON DƏQİQƏ!
Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ
DİM məlumat yaydı
Oman Hörmüzlə bağlı təcili xəbərdarlıq yaydı
İranla sərhəddə əməliyyat -
DSX MƏLUMAT YAYDI
Manatla bağlı
MÜHÜM XƏBƏR
Müəllimlərlə bağlı şok qərar VERİLDİ
Neft bazarında kəskin eniş:
Bakı neftinin qiyməti belə dəyişdi
Rusiya Ermənistandan tərəvəz, pomidor idxalını da dayandırdı
Deputat: Minimum maaş ən azı 660 manat olmalıdır
Mayın 30-u ilə bağlı XƏBƏRDARLIQ
Bakıya və Abşeron yarımadasına dolu yağacaq
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
Kimin evində varsa ŞAD XƏBƏR -
QİYMƏT ARTDI
Pensiya ilə bağlı kritik xəbər -
Bu tarixi qaçıranlar MİNLƏRLƏ PUL itirəcək
Övladlığa götürdükləri 12 yaşlı qız, əslində, GÖRÜN KİM İMİŞ -
ŞOK FOTOLAR
20 ballıq cərimə limiti artırılır? -
VİDEO
Əhaliyə XƏBƏRDARLIQ -
Yenə BAŞLANIR!
FHN-dən hava ilə bağlı əhaliyə -
MÜRACİƏT