8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədrinin müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2017-ci il ikinci qrant müsabiqəsinin yekunları, Apelyasiya Komissiyasının müraciət tarixinin müəyyən edilməsi, müsabiqədənkənar fonda daxil olan müraciətlərə baxılması üzrə Komissiyanın yaradılması, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Şuranın fəaliyyətinin 10 illiyi ilə bağlı tədbirlərin təşkili üçün İşçi Qrupunun yaradılması barədə məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.
Vüsal Quliyev 11 aprel-08 may 2017-ci il tarixlərində ərizə və layihə qəbulu həyata keçirilən ikinci qrant müsabiqəsində iştirak üçün 318 QHT-nin ərizə təqdim etdiyini deyib. Onlardan 292 təşkilat müsabiqəyə layihə göndərib. Şuranın sədr müavini müsabiqə prosesinin Şuranın təlimat və qərarlarına müvafiq şəkildə təşkil olunduğunu bildirib. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2017-ci il ikinci qrant müsabiqəsinə təqdim olunan 292 layihədən 272-sinin qeydə alındığını deyib. 20 layihədə isə texniki səhvlər olduğundan qeydə alınmayıb: "Texniki səhvlərin düzəlişi ilə bağlı Şuraya 48 müraciət daxil olub ki, onlardan da 45-i müsbət həll olunub. Layihələrin qeydiyyatı zamanı əlavə edilən sənədlərdə (layihə təklifi, icra planı, xərclər smetası) təşkilatın və ya təşkilatın sədrinin adının yazılması, əlavə edilən sənədlərin Şuranın müəyyən etdiyi formalara uyğun olmaması, büdcənin müəyyən olunan məbləğdən çox olması, təqdim edilən layihə təkliflərinin başqa QHT-yə aid olması və s. kimi səhvlər aşkarlanıb”. Fərasət Qurbanov bildirib ki, layihələrin qiymətləndirilməsində 8 ekspert iştirak edib.
Şura üzvləri Şahin İsmayılov, İlqar Məmmədov, Sahib Məmmədov, Əliməmməd Nuriyev, Rufiz Qonaqov, Anar Xəlilov və Emin Həsənli çıxış edərək gündəlikdə dayanan məsələlərlə bağlı bağlı rəy və təkliflərini bildiriblər.
Yekun olaraq Şura üzvləri ekspertlərin və Büdcə Komissiyasının rəyini nəzərə alaraq 167 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul ediblər. Müsabiqənin nəticələrindən narazı qalan QHT-lər 20 iyun 2017-ci il, saat 17:00-dək Apelyasiya Komissiyasına yazılı və elektron qaydada ([email protected]) müraciət edə bilərlər.
Şura üzvləri həmçinin müsabiqədənkənar fonda daxil olan müraciətlərə baxılması üzrə Komissiyanın yaradılması barədə də qərar veriblər.(Musavat.com)