ASC, “BMW 320”, “Fiat Doblo”, “Tofaş Şahin”… –Komitə hərraca yeni əmlaklar çıxardı

ASC, “BMW 320”, “Fiat Doblo”, “Tofaş Şahin”… –Komitə hərraca yeni əmlaklar çıxardı

 Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib.

Sozcu.info Komitəyə istinadən xəbər verir ki, hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Masallı və Daşkəsən şəhərlərində yerləşir:

"Həmin kiçik dövlət müəssisələri xidmət və kənd təsərrüfatı sahələrində əlverişli hesab edilir. Masallıda yerləşən ümumi faydalı sahəsi 558,5 kv.m olan obyekt xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Daşkəsəndə yerləşən Lüləli mal-qara qəbulu məntəqəsi də sahibi üçün qazanclı obyektdir. Əmlakın ümumi faydalı sahəsi 636,7 kv.m təşkil edir. Torpaq sahəsi isə 58 min 408 kv.m-dir.

Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 600 kv.m təşkil edir.

Prosesdə müxtəlif markalı nəqliyyat vasitələri sahibini tapıb. Özəlləşən nəqliyyat vasitələrindən Avropa istehsalı olan avtomobillər üstünlük təşkil edib. BunlaraBMW 320, Fiat Doblo, Tofaş Şahin kimi avtomobilləri qeyd etmək olar. Həmin maşınların buraxılış tarixi isə 2004-2006-cı illəri əhatə edir.

Hərracda səhmdar cəmiyyətinin səhm paketi də özəlləşdirilib. Tərtər Konserv Açıq Səhmdar Cəmiyyətinin 30% səhm paketi sahibini tapıb".

Komitə tərəfindən növbəti hərrac noyabrın 21-də keçiriləcək.



Oxşar Xəbərlər

Xəbər lenti