17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
Mart ayı ərzində sahibkarlarla yanaşı əhali abonentlər də asanlaşma prosesinin bütün bölgələrə əhatələnməsindən, o cümlədən prosedurların sadələşdirilməsindən faydalanıblar. Belə ki, mart ayının 19 iş günü ərzində 2972 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün "ASAN” xidmət vasitəsi ilə "Azərişıq” ASC-yə müraciət edib.
Mart ayı ərzində "Azərişıq” ASC-nin "ASAN” xidmət mərkəzləri vasitəsi ilə göstərdiyi 11 xidmət üzrə (əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, borcun araşdırılıb bu sənədin verilməsi, əhali istehlakçısının ad dəyişdirilməsi, qeyri-əhali qrupuna aid abonentlərə üzləşmə aktlarının verilməsi, qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi, smart kartların bərpası və yenisinin verilməsi, abonentin geniş tarixçəsinin verilməsi, sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, smart karta ödənişin yüklənməsi və məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu) 13 minə yaxın müraciət olunub.
"Azərişıq” ASC-nin mətbuat xidməti