13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Sozcu.info -a bildirilib ki, Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşməsi ilə əlaqədar yaydığı video növbəti təxribatdır: "Nümayiş etdirilən kadrlar Azərbaycan Ordusunun planlı surətdə keçirdiyi təlimlərdə qoşunların yerdəyişməsi zamanı uzaq məsafədən və müxtəlif rakurslardan çəkilərək montaj edilib.
Ermənistandakı kütləvi etirazlardan ciddi narahatlıq keçirən hərbi-siyasi rejim bu cür təxribat xarakterli xəbərləri yaymaqla öz xalqını qorxu içində saxlamaqda davam edir.
Müdafiə Nazirliyi bildirir ki, baş verə biləcək təxribatlara qarşı müvafiq tədbirlər görüləcək”.
* * *11:47 (22.04.2018)
Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə Azərbaycan Ordusunun guya canlı qüvvə və döyüş texnikasının aktiv hərəkəti barədə məlumat yayılıb.
Bununla bağlı virtualaz.org-un sorğusunu cavablandırarkən Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər ki, həmin məlumat yalan və təxribat xarakterlidir: "Son günlər Ermənistanda güclənən kütləvi xalq etirazlarından ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə kriminal hərbi-siyasi rejim bu cür çirkin yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır”.