8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Deputatlığa keçmiş namizəd Nəsimi Qədirovun məhkəməsi keçirilib.
Sozcu.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə N.Qədirovun ərizəsinə baxılıb. O, ötən ilin dekabr ayında qanunvericiliyə edilən dəyişikliyə əsasən, cəzasının yüngülləşdirilməsini istəyib.
Bildirək ki, dəyişikliklərə əsasən, əvvəl 10 min manatdan yuxarı dələduzluq külli miqdar hesab edilirdisə, yeni dəyişikliyə görə, indi bu rəqəm 50 min olub.
O vaxt Nəsimi Qədirov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bugünkü iclasda N.Qədirovun ittiham olduğu 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi 178.2.4-cü (xeyli miqdarda dələduzluq) maddəsinə tövsif edilib və onun cəzası 10 il 6 ay müddətinə endirilib.
İttihama görə, Nəsimi Qədirov müxtəlif vədlər verərək Bakı şəhər sakinləri Hafiz Əliyev, Zakir Əsgərov və Çimnaz Həsənovanın pullarını mənimsəyib. O, "Qartal” MMC tikinti şirkətinin rəhbəri Şahin Məmmədovu tenderdə qalib edəcəyinə inandırıb və onun 90 min manatını alıb.
Ümumilikdə cinayət işində zərərçəkmişlərə dəymiş ziyan yarım milyondan çoxdur. Nəsimi Qədirov şirkət rəhbərlərini aldatmaq üçün xüsusi yerlərdən istifadə edib. O, "Sahil” metrosunun üstündə yerləşən binada ayı 10 min manata olan kirayə ofis götürüb və pullu şəxsləri həmin ofisə dəvət edib. Nəsimi Qədirov insanlara vəzifədə işləyən adamları olduğunu deyib. Həmin şəxsləri inandırmaqla pullarını mənimsəməyi bacarıb.
"Gənc Heydərcilər” Ümumrespublika Gənclər Birliyinin idarə heyətinin sədri olan Nəsimi Qədirov 2010-cu ildə anadan olduğu Gədəbəy rayonundan deputatlığa namizəd olub və İTV-də çıxışlar edib./lent.az/