Bakıda şadlıq evlərində yoxlamalar başladı - YENİ NAZİRDƏN İLK ADDIM

Bakıda şadlıq evlərində yoxlamalar başladı - YENİ NAZİRDƏN İLK ADDIM

 

İctimai iaşə obyektlərinin fəaliyyəti zamani tüstünün, qazların iyi və qoxu yayılması atmosfer havasını zərərli maddələrin təsirinə məruz qoyur.

Sozcu.info xəbər verir ki, bu barədə bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən həftəlik mətbuat konfransında nazirliyin ətraf mühit üzrə milli monitorinq departamentinin müdiri Mətanət Avazova bildirib.

Onun sözlərinə görə, bununla bağlı vətəndaşlardan nazirliyə xeyli müraciətlər daxil olub. Buna görə də nazirlikdə araşdırma komissiyası fəaliyyətə başlayıb: "Bizim istehsal sahələrimiz artıb, kiçik sahibkarlıq inkişaf edib və ətraf mühitə təsirlər çoxalıb. Buna görə də monitorinqlərə ehtiyac var. Biz tam müasir avadanlıqlarla atmosfer çirklənməsini yoxlayırıq və xeyli sayda müraciətə görə monitorinq aparmışıq".

M. Avazova deyib ki, komissiya tərəfindən Bakının inzibati rayonlarında yerləşən şadlıq evlərinin və digər ictimai iaşə obyektlərində monitorinqlər aparılıb. Zərərli qazların ölçülməsi məqsədilə hava nümunələri götürülüb. Aparılan fiziki, kimyəvi analizlərin nəticələrinə əsasən atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı yol verilən qatılıq həddindən dəfələrlə artıqdır: "Bu da insanlarda diskomfort yaradır və sağlamlığa zərərdir".

İctimai iaşə obyektlərində müasir standartlara cavab verən qurğu və avadanlıqların quraşdırılması, atmosferə atılan tullantıların azaldılması məqsədilə ETSN-dən yerli icra hakimiyyətlərinə və ictimai-iaşə obyektlərinin sahiblərinə müvafiq məktublar göndərilib./lent.az/



Oxşar Xəbərlər

Xəbər lenti