8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gələn ilin Ay tutulmalarının vaxtı açıqlanıb.
Sozcu info xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov "Report"a açıqlamasında bildirib ki, 2019-cu ildə iki Ay tutulması hadisəsi baş verəcək. O deyib ki, ilk tutulma yanvarın 21-də olacaq: "Təbiət hadisəsi Bakı vaxtı ilə saat 07.34-də başlayacaq və 10.51-də sona çatacaq. Ay səthinin tam tutulması isə saat 08.41-də start götürəcək və 09.43-də yekunlaşacaq. Tam tutulma 1 saat 2 dəqiqə çəkəcək”.
Rəsədxana rəsmisi əlavə edib ki, ilk Ay tutulmasını Azərbaycanda müşahidə etmək mümkün olmayacaq: "Buna səbəb təbiət hadisəsinin səhər saatlarında baş verməsidir. Prosesi Sakit Okean, Amerika, Afrika və Avropanın bir hissəsində izləmək mümkün olacaq”.
X.Mikayılov qeyd edib ki, ikinci tutulma hadisəsi isə iyulun 17-də olacaq: "Qismən baş verəcək tutulma saat 00.03-də başlayacaq və saat 02.59-da yekunlaşacaq. Tutulmanın maksimum həddi saat 01.31-də qeydə alınacaq. Bu tutulma da Azərbaycanda müşahidə olunmayacaq. Onu Cənubi Amerikada, Qərbi Avropanın cənub hissəsində, Afrikada, Asiyanın cənubunda, Avstraliyada müşahidə etmək mümkün olacaq. İkinci tutulmaya əsasən cənub tutulması deyilir”.