8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
ATV-də yayımlanan "Bizimləsən” verilişi əməkdar artist Tünzalə Əliyevaya yardım üçün xeyriyyə marafonuna başlayıb.
Sozcu.info ın məlumatına görə, xalq artisti Mələkxanım Əyyubova, əməkdar artist Dilarə Əliyeva, aparıcı Mətanət Əliverdiyeva və bir çox tanınmış proqramda aktrisaya yardım edib.
Veriliş zamanı "Toppuş bacı” ləqəbli aktrisanın qızı Zəhra da studiyaya gətirilib. T.Əliyeva ilk dəfə övladının üzünü göstərib.
"Hər gün gecə yatmazdan əvvəl Zəhranın saçını öpürəm ki, birdən səhərə ayılmaram. Düşünürəm ki, gözümü yumaram, səhər dünyadan köçərəm, Zəhramı görmərəm. Səhər onu görəndə deyirəm ki, şükür Allaha sağam” deyən, aktrisa göz yaşlarını saxlaya bilməyib”.
Tünzalə bildirib ki, çox işləmək onu bu cür xəstə edib:
"Həyat məni çox yordu, yükləndim. Ailədə, işdə yükləndim. Fərda (aktyor Fərda Xudaverdiyev - red.) deyir ki, Allah sənə dərt göndərməyib. Mesaj göndərib ki, bəsdir, istirahət et. Bir il çalışmayacam, dincələcəm. Bir həftə xəstəxanada qaldım, çıxan kimi işə getdim. 11 dəfə əməliyyat olundum, 10 gün dincəlmədim. Qarnımda alətlər, milli paltarı geyinib, məclisə aş verirdim. Bir də baxırdım gəlinin yanı sudur. Ətəyimi fırlayıb o biri işə keçirdim. Heç vaxt xoş gündə dincəlmədim. Çox işlədim...