8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gəncə şəhər sakinləri mətbuat vasitəsi ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə müraciət edərək Şəmkir-Qazax-Qrmızı körpü istiqamətində hərəkət edən avtobusların Gəncə şəhərinə girişini yasaqlamağı xahiş edib. Vətəndaşların sözlərinə görə, bu avtobusların şəhərə girişi tıxacların yaranmasına səbəb olur ki, bu da nəqliyyatın normal fəaliyyətini əngəlləyir. Şəhər sakinləri hesab edir ki, bu avtobusların çöl yolu” adlandırılan şəhərətrafı yoldan istifadə etməsi tıxac problemini aradan qaldırar ki, bu da vətəndaşların yollarda əlavə vaxt və əsəb itirməsinin qarşısını alar.
Gəncə sakinləri hesab edir ki, Şəmkir-Qazax-Qırmızı körpü istiqamətində hərəkət edən, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin Gəncə şəhərinə girişini əngəlləmək üçün onların Şəmkir və Zazalı postlarından alternativ yola yönləndirilməsi yetərlidir.
Vətəndaşlar hesab edir ki, şəhər sakinlərinin bu narahatlığı BDYPİ-nin rəhbərliyi tərəfindən nəzərə alınacaq və məlum problemin həlli istiqamətində lazımi addımların atılması təmin ediləcək".