Balakişi Qasımovun İTV-dəki bir illik fəliyyəti...

Balakişi Qasımovun İTV-dəki bir illik fəliyyəti...

 


 

Azərbaycan televiziya ailəsinə daxil olan İctimai Televizya və Radio Yayımları Şirkəti fəaliyyətə başladığı ilk gündən biri-birindən maraqlı, rəngarəng, günün aktuallığı ilə ayaqlaşan proqramlarla tamaşaçıların zövqünə oxşayan verlişlərlə yeniliyə imza ataraq, tamaşaçı qəlbinə yol tapa bildi. Milli-mənəvi dəyərləri, estetik və mənəvi tərbiyəni özündə birləşdirən telekanal qısa müddətdə respublikada və respublikadan kənarlarda ən çox sevilən və baxılan bir televiziya kimi özünü təsdiq edə bildi. Lakin çox təssüflər olsun ki, 2013-cü ildə İTV-yə Cəmil Quliyevin baş direktor seçilməsi ilə televiziya tamaşaçılar arasında öz mövqeyini itirməyə başladı. Buna isə səbəb İTV-nin qeyri rəsmi olaraq AzTV-nin keçmiş sədri Arif Alışanov tərəfindən idarə olunması oldu. Nəticədə, İTV hər bir vətəndaşın televiziyasından ən reytinqsiz televiziyaya çevrildi. Elə buna görə də ötən ilin may ayında Cəmil Quliyev öz xahişi ilə İctimai Televiziyanın baş direktoru vəzifəsindən azad olundu və onun yerinə Balakişi Qasımov seçildi.

B. Qasımov baş direktor seçildikdən sonra verdiyi müsahibələrdən birində İTV-nin bu gün elə də baxımlı televiziya olmadığını bildirmiş və bunuteleviziyanın ictimayyətdə üstünə düşən rolu oynaya bilməməsi ilə izah edərək, əsas üstünlüyün ictimayyəti maraqlandıran mövzülərin daha müasir təqdimatda tamaşaçılara təqdim olunaçağına veriləcəyini vurğulamışdı.

B. Qasımovun İctimai Televiziya və Radio Yayımlar şirkətinə baş direktor seçilməsinin bir ili tamam olur. Bu bir tərəfdən çox az müddət olsada,digər tərəfdən bu elə də az deyil. İctimqi Televiziyanın bu müddətdəki fəaliyyətinə nəzər salsaq görərik ki, o elə də az iş görməyib. Yəni o bu bir il ərzndə İTV-nin 13 illik tarixini tamaşacıların yadaşından silməyə çalışıb. .

B. Qasımov isə öz fəaliyyətinə televiziyada 13 il efirdə olan "Yeni gün” verlişini bağlayaraq onun əvəzinə tamaşıçılar tərəfindən ANS televiziyasının səhər proqramı kimitanınan "Sabahın Xeyir Azərbaycan” , "Çarçı” xəbər proqramının adını dəyişərək "İTV Xəbər” proqramları ilə əvəz etdi. Hələ bu azmış kimi Şirkət rəhbərliyi televiziyanın tarixini taçmaşaçıların yaddaşından silmək məqsədi iləonun "Loqosunu”, bayrağı və bayrağın rəngini dəyişdirdi.

Baş direktor bu müddət ərzində təkcə televiziya verlişlərinin dəyşdirilməsi ilə yadda qalmadı. O İTV-də iş prinsiplərinin səmərəliliyin artırılması adıyla uzun illər burada çalışan əməkdaşların kütləvi şəkildə işdən azad olunması ilə yadda qaldı. Ancaq, dövlət başçısıİlham Əliyev həmişə öz çıxışlarında respublikada yeni iş yerlərinin yaradılmasını, işcilərin ixtisar edilməməsini dövlət qrumları ilə yanaşı şırkət rəhbərlərinə və sahibkarlara tövsiyə edir. Buna baxmayaraq, baş direktor kollektivlə görüşüb qarşısına qoyduğu məqsədləri bildirmədən, orada çalışan işçilərin potensialını örgənmədən bir günün icində uzun illər burada çalışan 100-dən çox əməkdaşla əmək müqaviləsini uzatmayaraq işdən azad etdi. Bunu isə o Azərbaycan teleməkanında müasir televiziya qurması ilə izah etdi.İşdən azad olunan əməkdaşlar, müasir televiziya deyildikdə nəyin nəzərdə tutulduğunu, əsas üstünlüyü hansı sahələrə veriləcəyini baş direktorun başqa televiziyalara və internet saytlarına verdiyi müsahibələrdən bildilər. Buda onun bir televiziya rəhbəri kimi əsas məqsədi, dünya televiziyalarında tamaşacılar tərəfindən sevilən proqramların lisenziya əsasında azərbaycan tamaşaçılarına təqdim olunmusıdır. Bu proqramların azərbaycanda təkrar olunması isə İTV-nin reytinqini qaldıra bilər.

İTV-nin ötən müddətdəki fəaliyyətinə nəzər salsaq görərik ki, o öz dediklərinə azda olsa nail olaraq, televiziyanın reytinqini qaldıra bilmişdi. Yənitamaşaçılara təqdim olunan proqramlararasında B. Qasımovun indi də baş prodüseri və rejissoru olduğu Gametv.az prodüser mərkəzinin beynəlxalq lisenzya əsasında hazırladığı "Əlaçı” , "61!”, "Breyn-rinq”, "Kim? Harada? Nə vaxt?" verilişləri üstünlük təşkil edir. Bu verlişlər İTV kollektivinin məhsulu olmasa da,son zamanlar televiziyanın reytenqinin yüksəlməsinə öz təsirini göstərmişdir. Bu verlişlərlə bağlı bir məsələni qeyd etmək lazımdır ki, B. Qasımov dövlət tərəfindən televiziyanın fəaliyyəti üçün ayıran maliyyə vəsaitini bir cibdən o biri cibə ötürür. Yəni, o dövlət büdcəsindən maliyələşən televiziyanın rəhbəri olmaqla yanaşı Gametv.az prodüser mərkəzinə də rəhbərlik edir. Bu isə onunixtisasca mailyəci olmasından, ölkə miqyasında fəliyyət göstərən sahibkarlar arasında ən uğurlusu olmasa da ən pisi olmamasından irəli gəlir. Bu qiyməti isə ona mən yox, özü internet televiziyalarından birinə verdiyi müsahibədəverib..

İctimai Radionun fəaliyyətindən danışdıqda onuda qeyd etmək lazımdır ki, B. Qasımov baş direktor seçilməmişdən əvvəl İctimai Radio digər radiolardan öz canlı verlişləri ilə fərqlənirdi. Yəni efirdə əsas üstünlüyün canlı verlişlərə verilməsi iləgün ərzində 12-14 saat aparıcılar canlı efirdə olurdular. Lakin indi İctimai Radionun efirində bundan əsər əlamət qalmayıb.Buda ona görə ki, baş direktorun, hazırda radio dinləyiciləri arasında Media FM radiosunun "Manpası” verlişinin aparıçısı kimi tanınan DJ Fatehi İctimai Radioyaya rəhbər təyin etmişdir. Bu həmin DJ Fatehdir ki, azərbaycan xalqının milli mənəviyyətinə uyğun olmayan çox arvadlıq, çinsi azlıqlar kimi mövzüləri "Manpası” verlişinin canlı efirində müzakirə etmişdir. Beləmövzuların canlı efirdə müzakirə olunmasına isə, Milli Televiziya və Radio Şurası öz etirazınıbildirmişdi. Elə buna görə də bu gün İTV-də fəaliyyət göstərən əməkdaşların əksəriyyətini jurnalistikadan uzaq olan insanlar təşkil edir. Yəni baş direktor tərəfindən işə götürülən işçilərin əksəriyyətini incəsənət universitetinin məzunları yəni DJ-lər və şoumenlər təşkil edir. Elə buna görə də İTV əməkdaşları özlərini öz aralarında DJ klubunun üzvüləriadlandırırlar

Bir məsələni də qeyd etmək lazımdır ki, İTV-nin Nizamnaməsinə görə baş direktorun fəaliyyətinə əsas nəzarət Yayım Şurası tərəfindən həyata keçrilir. Lakin bu bir il ərzində İTV-dəbaş verən dəyşiliklərə, efirə gedən verlişlərin keyfiyətində Yayım Şurasının rolu görünmür. Yayım Şurasının üzvülərindən biri Azər Həsrət əvvəllər efirə gedən verlışlərdəki nöqsanlar barədə tez- tez internet sayıtlarında tənqidi məqalələrlə çıxış edirdisə bu bir il ərzində İctimai Televiziya və Radiodakı nöqsanları ya ğörmür ya da görmək istəmir. Əgər o görsə idi İTV-də türk dilli aparıcının iştirakı ilə efirə gedən verlişə öz münasibətini bildirərdi. Ya da bu bir il ərzində İctimai radionun efir setkasına nəzər salaraq radionun bütün günüəsasən musiqi səsləndirdiyini musiqi seçimində əsas üstünlüyün xarici musiqiyə verildiyini görərdi. Elə buna görə də İctimai Radio fəaliyyət göstərdiyi 13 il ərzində ən aşağı reytinq göstəricilərinə malikdi. Bunu elə Milli Tele Radio Şurası da təsdiqləyir.

A.Məmmədli,

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti