Qərbi Kaspi Universiteti Sevinc Bağırovanın sərvətinin mənbəyini bilirmi?

 

Qərbi Kaspi Universiteti Sevinc Bağırovanın sərvətinin mənbəyini bilirmi?

 


 

Sevinc Bağırovanın inanılmaz biznes inmeriyaslı haqqında tam olmayan məlumatlar adamı şoka salır

Həbsdə olan Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin ailə üzvülərinin Böyük Britaniyadakı nəhəng sərvətinin ardınca indi də sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun ailə üzvlərinin Avropa ölkələrini hörümçək toru kimi ağuşuna almış çoxprofilli biznes şəbəkəsi ifşa olunub. Məlum olub ki, bir zamanlar özünü hökümətin "ziyalı” üzvü kimi təqdim etməyi bacaran, haqqında tənqid yazan medanı məhkəmə proseslərilə geri çəkilməyə sövq edə bilən Hüseynqulu Bağırovun ailə üzvlərinin Böyük Britaniya, Almaniya, Avstriya, Kipr, Çexiya, Türkiyə və Latviyada da iri biznesləri var. Bu barədə artıq iqtidaryönlü mediada rəsmi sənədlər əsasında hazırlanmış məlumatlar yayılmaqdadır. Bu məlumatları qeyd etməzdən öncə onu vurğulamqa istərdik ki, Hüseynqulu Bağırovun ailə üzvülərinin xaricdə mülklərinin olması haqqında sənədlər əsasında yayılan xəbərlərə sabiq nazirin təsisçisi olduğu Qərbi Kaspi Universiteti açıqlama yayaraq bildirib ki, yazılanlar həqiqət deyil: "Təəssüflə qeyd edirik ki, bəzi sosial şəbəkə istifadəçiləri dəqiqləşdirilməmiş, bəlkə də bəzən məqsədli şəkildə digərlərinin nüfuzuna xələl gətirə biləcək məlumatları yayımlayırlar. Məlumat üçün bildirək ki, Qərb Universiteti qurularkən onun təsisçisi Hüseynqulu Bağırov nazir deyildi. Yazıda adı çəkilən şirkətlərin, mülklərin heç birinin sahibi nə Hüseynqulu Bağırov, nə də oğludur. Məlumat üçün deyək ki, Lətif Bağırov bu gün Türkiyədə müəyyən kiçik biznes layihələr həyata keçirməyə cəhd edir. Bu da onun təbii haqqıdır”.

Universitet nədən Sevinc Bağırovanın adını çəkməyib?

Sabiq nazir Hüseynqulu Bağırovun təsisçisi olduğu Qərbi Kaspi Universitetinin açıqlamasında sabiq nazirin qızı Sevinc Bağırovanın xaricdə biznesinin və mülki olub-olmamasına heç bir aydınlıq gətirilmir. Ancaq yayılan məlumatlara görə, Latviyadakı "Stamina Hospitality Services” Hüseynqulu Bağırovun qızı Sevinc Bağırovanın adına 2015-ci ilin martında Londonda qeydiyyatdan keçmiş "STAMINA INVESTMENTS LIMITED” adlı şirkətin törəməsidir. Bloqqer Cavanşir Həsənlinin üzə çıxardığı bu məlumata görə şəhadətnamə nömrəsi 09471905,  hüquqi ünvanı 85-87, Borough High Street, London, England olan bu şirkət vasitəsilə Bağırovlar ailəsi Londonda bir neçə daşınmaz əmlak alıblar. Bunun ardınca isə 2016-cı ildə bu şirkəti bağlayıblar. Latviyanın biznes reyestrinin məlumatlarına əsasən Hüseynqulu Bağırovun qızı Sevinc Bağırova, bibisi qızı olduğu iddia edilən Aliyə Nuriyeva də həmin şirkətlərin investorları kimi qeydiyyatdan keçiblər. "Stamina Hospitality Services” şirkətinin nizamnamə kapitalı 145 min 129 avro təşkil edir və şirkət 2012-ci ildə qeydiyyatdan keçib. Poçt ünvanı belədir: Aleksandra Čaka iela 24 - 6, Rīga, LV-1011. Digər mənbədə isə şirkətin ofis ünvanı belədir: Caunes 15, Riga, LV-1006, Latvia

Çexiyaya təsis edilən digər bir ailə şirkətinin hissəsləri isə Lətif Bağırova 10 %, Aliya Nuriyevaya 10 % , Sevinc Bağırovaya 10%, Duriya Nuriyevaya 35 %  və Liana Bağırovaya 35 % olmaqla tam bir ailə şirkəti olub. Həmin şirkət 2011-ci il aprelin 13-də Praqada təsis edib. Isla Investment, s.r.o. 200 min kron nizamnamə kapitalı ilə qeydiyyata alınıb. Lisenziya nömrəsi: 24835951. Ünvan: Husitská 107/3, Žižkov (Praha 3), 130 00 Praha.

Bağırovların Türkiyədəki şirkəti olan "STM Turizm, Otelçilik və İnşaat Limited” İstanbulda Barbaros mah. Leylak sok. Ağaoğlu Andromeda C4 BLK.D.50 ATAŞEHİR ünvanında yerləşir. 4 May2011-ci ildən turizm və otelçilik sahəsində fəaliyyət göstərir. Çoxsaylı apartmanlara və pansionatlara sahibdir. Nizamnamə kapitalı -123 min 456 TL-dir. Ticarət və Sənaye Odasında 1234567890 qeydiyyat nömrəsi qeydə alınıb. STM Turizm, Otelçilik və İnşaat Limited-in təsisçiləri Lətif Bağırov, Sevinc Bağırova, Liana Bağırova, Düriyyə Nuriyeva və Hüseynqulu Bağırovun bibisi qızı Aliyə Nuriyevadır.

Qərbi Kaspi Universiteti Sevinc Bağırovanın sərvətinin mənbəyini bilirmi?

Başqa bir informasiyaya əsasən, Lətif Bağırov və onun bacısı Sevinc Bağırova hələ 2006-cı ilin sentyabrında Venada Liegenschaftsverwertungs GmbH şirkətini qeydiyyatdan keçiriblər. Şirkət FN 283461 f qeydiyyat nömrəsinə malikdir, ofisi isə Venada HütteldorferstraBe 110 ünvanında yerləşir. Hazırda bu şirkətin səhmlərinin 94 faiz Lətif Bağırovun WU Immo Center GmbH alman şirkətinə məxsusdur, 6%-i isə Hüseynqulu Bağırovun bacısı Düriyə Nuriyevanın mülkiyyətindədir.

Sevinc Bağırovanın adına  başqa şirkətlərin təsis olunması zamanı da rast gəlmək olar.

NORDFIELDS MANAGEMENT LIMITED şirkəti 2015-ci ilin iyunun 15-dən fəaliyyətdədir. İingiltərə Ədliyyə Nazirliyindən SC507502 saylı şəhadətnamə alıb. Şirkət Sevinc Bağırovanın adına rəsmiləşdirilib. Fəaliyyət sahəsi maliyyə menecmentliyi göstərilir.

Sevinc Bağırovanın İngiltərədəki evi i85-87, Borough High Street, London ünvanında yerləşir. Söhbət hansısa bir mənzildən yox, mülkiyyət olaraq satın alınmış iri binadan gedir.

Hüseynqulu Bağırovun qızı Sevinc Bağırovanın adına açdığı daha bir şirkət NORDFIELDS HOSPITALITIES LTD də 2015-ci ilin uyunun 3-də Birləşmiş Krallıqda qeydiyyatdan keçib.Yəni Bağırovlar İngiltərədə bir gündə iki şirkət açıblar. NORDFIELDS HOSPITALITIES LTD SC507488 saylı qeydiyyat şəhadətnaməsi alıb. Hal-hazırda da fəaliyyət göstərir. Qeydiyyat ünvanı isə85-87, Borough High Street, London, England-dır. Bu şirkət vasitəsilə Bağırovlar ailəsi 2015-cü ilin oktyabrın 9-da Şotlandoyanın Qlazqo şəhərində Avropanın məşhur sanatoriyalarından olan Buchanan Arms Oteli alıb. Otel 3 ulduzlu olsa da müalicə və istirahət üçün yaxşı təmin olunub. Sanatoriyanı Sevinc Bağırova idarə edir.

Keçmiş nazirin ailəsinə məxsus STAMINA INVESTMENTS LIMITED isə bu şirkətlərdən 3 ay əvvəl, 2015-ci il martın 5-də qeydiyyatdan kexib. Şəhadətnamə nömrəsi: 09471905. Ünvan isə eyni olub: 85-87, Borough High Street, London, England. Bu şirkət də Sevinc Bağırovanın adına olub. Bağırovlar ailəsi STAMINA INVESTMENTS LIMITED vasitəsilə Londonda bir neçə daşınmaz əmlak alışını həyata keçirib və 23 August 2016-cı il tarixdə onu qapadıblar.

Hüseynqulu Bağırovun İngiltərə sevdasına əlavə olunan növbəti şirkət NORDFIELDS PROPERTIES LIMITED-dir. Şirkət SC444402 saylı şəhadətnamə ilə 2015-ci ilin mayın 7-də Londonda qeydiyyatdan keçib. Ofisi Bağırovlara məxsus sanatoriyada yerləşir. Daşınmaz əmlak alqı-satqısı və icarəsi ilə məşğuldur.

Şirkət ilk əvvəl 6 şəxsin ortaqlığı ilə qeydiyyatdan keçib. Bunlar Hüseyqulu bağırovun oğlu, 1979-cu il təvəllüdlü Lətif Bağırov, 1965-ci il təvəllüdlü Mavritaniya vətəndaşı Vedanund HAURADHUR, artıq adı sizə bəlli olan Sevinc Bağırova, 1945-ci il təvəllüdlü İngiltərə vətəndaşı , John William BUICK, Qərb Universitetinin vitse-prezident, Hüseynqulu Bağırovun özündən 3 yaş kiçik olan bacısı Düriyyə Nuriyevadır. 29 noyabr 2017-ci ildən bəri director vəzifəsini də Hüseynqulu Bağırovun oğlu icra edir.

Lətif Bağırov Londona hələ 14 il əvvəl ayaq açıb və ilk dəfə İngiltərədə 2005-ci ilin aprelin 20-də TURNKEY SOLUTIONS LIMITED şirkətini qeydiyyatdan keçirib. 05430122 saylı qeydiyyat şəhadətnaməsi alan şirkət OFFICE 96, 1535 MELTING POINT, 5 FIRTH STREET, HUDDERSFIELD ünvanında fəaliyyət göstərib və növbəti il oktyabrın 17 qapadılıb. Bu şirkət vasitəsilə Bağırovlar Londonda ilk daşınmaz əmlaka sahib olurlar. Şirkəti MIKHAIL ALEXANDROVICH ZHABIN adlı milliyyətcə rus olan İngiltərə vətəndaşı idarə edib.

Hüseynqulu Bağırovun İngiltərədəki ailə şirkərlərindən daha bir şirkər NORDFIELDS INVESTMENTS LIMITED 2013-cü ilin iyunun 5-də 08557695 saylı şəhadətnamə ilə qeydiyyatdan keçib. Ofisi Londonda, Hatton Garden 63-66, Fith Floor Suite 23 ünvanında yerləşir. Bu şirkət də daşınmaz alışı və icarəsi ilə nəşğuldur. Şirkət sabiq nazirin bacısı Düriyyə Nuriyeva (şirkətin direktoru) və Sevinc Bağırovanın adına rəsmiləşdirilib.

Düriyyə Nuriyeva hələ 2012-ci ildə Londonda WESTERN EDUCATIONAL CONSULTANCY LIMITED şirkətini açıb (qeydiyyat şəhadətnaməsi 08187544). Bir neçə əmlak aldıqdan sonra 31 mart 2015-ci ildə qapadılıb. Bundan bir neçə ay sonra Hüseynqulu Bağırov Birləşmiş Krallıqda daha bir şirkət açır.

ROMERSTAL INVESTMENTS LIMITED 2015-ci ilin10 avqust tarixində 09725150 saylı lisenziya ilə fzaliyyətə başlayır. Qeydiyyat ünvanı: 85-87 Borough High Street, London, England. Keçən il yanvarın 27-də qapadılıb.

Bağırovlar ailəsinə məxsus daha bir şirkət- REANDER LIMITED 2011-ci ilin dekabrın 1-də Londonda qeydiyyata Hüseynqulu Bağırovun ailə üzvü, Qərb Universitetinin dekanı, 1957-ci il təvəllüdlü Liana Bağırovanın və qızı Sevinc Bağırovanın adına açılıb və 07867199 saylı lisenziya ilə fəaliyyət göstərib. Ofisi Bağırovlara məxsus Borough High Street 30, London, United Kingdom ünvanında yerləşib. Bu bina Bağırovların mülkiyyətində olsa da, Londonun tarixi binalarından biri kimi mühafizə olunur.

REANDER LIMITED-in qeydiyyatından bircə gün sonra Bağırovlar Londonda ai lənin hər iki üzvünün təsisçiliyi ilə DEREAN LIMITED adlı növbəti şirkəti qeydiyyatdan keçiriblar (lisenziya nömrəsi 07869770). DEREAN LIMITED özündən bir gün əvvəl açılan şirkətlə eyni küçədə, Borough High Street 85-87 ünvanında fəaliyyət göstərib. Hər iki şirkət ardıcıllıqla, 2016-cü ilin may və iyun aylarında ləğv edilib. Bağırovların ailəsinə aid LLOYD MCKENZIE LIMITED şirkəti (lisenziya nömrəsi 08187563) 2012-ci ilin 22 avqustundan 2015-ci ilin 21 mart tarixinə qədər fəaliyyət göstərib. Bu şirkət də Borough High Street 85-87, London ünvanında fəaliyyət göstərib.

Bağırovlar ailəsinə məxsus WU TRAINING CENTRE UK LTD şirkəti də nazirin bacısı Düriyyə Nuriyevanın adına Londonda 10 dekabr 2014-cü ildə qeydiyyatdan keçib və 09348729 saylı şəhadətnamə ilə 31 may 2016-cı il tarixə qədər Borough High Street 85, London, England ünvanında fəaliyyət göstərib.

Yuxarıda qeyd edilənlər Bağırovların bütün Avropanı bürümüş biznes imperiyasının yalnız bir hissəsidir. Eyni zamanda bu şirkət və mülklər nazirin 1989-cu il təvəllüdlü qızı Sevinc Bağırovanın malik olduğu sərvətin də yalnız bir hissəsidir. Sabiq nazir Hüseynqulu Bağırovun oğlu Lətifin Türkiyədə kiçik biznes layihələri həyata keçirməyə cəhd etdiyini iddia edən Qərbi Kaspi Universiteti 1989-cu il təvəllüdlü Sevinc Hüseynqulu qızı Bağırovanın bu qədər şirkəti və daşınmaz əmlakı almaq üçün tələb olunan kapitalı haradan əldə etdiyənə də aydınlıq gətirəcək. Biz isə Qərbi Kaspi Universitetinin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

A.Nəbiyev,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti