“Sınıq Körpü” gömrük postundakı sıxlıq - Rəsmi açıqlama

“Sınıq Körpü” gömrük postundakı sıxlıq - Rəsmi açıqlama

 

Bu gün Tovuz Gömrük İdarəsinin Gürcüstan-Azərbaycan sərhədində yerləşən "Sınıq Körpü” gömrük postunda sıxlığın yaranması, vətəndaşların və nəqliyyat vasitələrinin sərhədi keçmək üçün saatlarla gözləməsi barədə məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bu məlumatların heç bir əsası yoxdur və "Sınıq Körpü” gömrük postu gün ərzində normal iş rejimində fəaliyyət göstərib. Sıxlığın süni şəkildə yaradılması və buna etiraz olaraq vətəndaşların aksiya keçirməsi barədə deyilənlər isə ümumiyyətlə həqiqətə uyğun deyil.

Hazırda da "Sınıq Körpü” gömrük postunda avtomobillərin və piyadaların keçidi qanunvericiliyə uyğun şəkildə, gömrük prosedurlarına uyğun vaxt ərzində həyata keçirilir və hər hansı sıxlıq müşahidə olunmur.


Oxşar Xəbərlər

Xəbər lenti