8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiyanın Kemerovo şəhərində yerləşən və martın 25-də dəhşətli yanğının baş verdiyi "Zimnyaya vişnya” ("Qış albalısı”) ticarət-əyləncə mərkəzinin baş direktoru Nadejda Suddenok istintaqa ifadə verib.
APA-nın "Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, N. Suddenok yanğının qəsdən törədildiyini iddia edib. O deyib ki, dəfələrlə ticarət mərkəzində qaraçı görünüşlü adamlar görüb, onlar oyun aparatlarında pulsuz oynayır, tualetlərin divarlarında yazılar yazırmış. Bu şəxslər barəsində polisə şikayət edilsə də, onlar saxlanıldıqdan sonra dərhal buraxılıblar.
"Kinoteatrın qapıları heç vaxt bağlanmazdı. Mən həmişə özüm hər şeyi yoxlayır, təmizliklə məşğul oluram”, – deyə baş direktor söyləyib. O qeyd edib ki, yanğın başladıqdan sonra mərkəzin işçilərindən insanlara köməklik edilib-edilmədiyi ilə bağlı məlumat alıb və əməkdaşlar ona hər şeyin qaydasında olduğunu söyləyiblər. Amma bir az sonra kinoteatrların qapılarının bağlı olması və ölənlərin sayı haqda məlumatlar gəlməyə başlayıb: "Mənim sorğu-sual etdiyim əməkdaşımız dedi ki, uşaq zalında partlayış səsi eşidib və alov görüb. Attraksion özlüyündə o cür alışa bilməz. Əmin edə bilərəm ki, bu yanğını kimsə törədib”.
Qeyd edək ki, ticarət mərkəzində baş verən yanğın nəticəsində 64 nəfər ölüb. Hadisə ilə əlaqədar 5 nəfər saxlanılıb. Onların sırasında yanğın siqnalından sonra xəbərdarlıq sistemini söndürən mühafizəçi də var.