Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
İcra başçısına qarşı iddialar əsassız olduğu kimi, təhlükəli maraqlara xidmət edir
Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd edilməsi yerli icra orqanlarının rəhbərlərinin fəaliyyətinə marağı artırıb. Bu məsələ eyni zamanda çox həsas bir məqamı önə çıxardı. Belə ki, icra başçılarından edilən şikayətlərin ədalətli olub-olmamasını müəyyən etmək çox çətin olduğu üçün ictimai rəyi yanlış istiqamətlərə yönləndirə biləciyi də istisna edilməməlidir. "Navi Group” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi Vidadi İsgəndərov İsmayıllı rayonun yerli hakimiyyət orqanlarına, xüsusilə də icra başçısına qarşı qərəzli çıxışları da məhz obyektivliyi ilk baxışda müəyyən olunmayan şikayətlərdəndir. Bu şəxsin özü tərəfindən edilən video müraciətlər və onun müraciəti əsasında hazırlanan məqalələr iş adamının qanunsuzluqlarla üzləşməsi təəssüratını yaradır.
Sahibkar Vidadi İsgəndərov rayon icra başçısı və bəzi məmurların onun fəaliyyətinə əngəl törətməkdə ittiham edir. Ancaq diqqətlə onun çıxışı analiz edildikdə sahibkarın tamamilə başqa məqsəd güddüyü məlum olur.
Sahibkarın iddiasına görə, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı” haqqında 27 fevral 2014-cü il tarixli sərəncamında guya İsmayıllı rayonunda "Yaşıl market” layihəsi olub. Bu, o qədər əsassız iddiadır ki, bunu dövlət başçısının rəsmi saytında yerləşdirilmiş sənədlər bölümünə daxil olmaqla müəyyən etmək olar. Sahibkarın istinad etdiyi 27 fevral 2014-cü il tarixli sərəncamında İsmayıllı rayonunda "Yaşıl market” tikilməsi ilə bağlı heç bir ifadə yoxdur. Deməli, sahibkar yalan məlumatla ictimi rəyi çaşdırır.
Sahibkar İsmayıllıda 2.125 ha ərazidə tikililəri yararlı olan keçmiş "Süd-yağ emalı" zavodunu alıb və burada "Yaşıl market”adlı layihəsini həyata keçirməyə başlayıb. Çox maraqlıdır ki, bu proses zamanı sahibkar hansısa qanunsuz təkliflə üzləşdiyi haqqında heç bir məlumat vermir. Çünki, belə qanunsuz təkliflər olmayıb.
Sahibkar iddia edir ki, layihəyə başlamazdan əvvəl rayon rəhbərliyi ona bildirib ki, əgər İsmayıllıda bu layihəyə investisiya qoyarsa, hazırda rayonda fəaliyyət göstərən, müasir tələblərə cavab verməyən və antisanitariyanın baş alıb getdiyi köhnə əşya və meyvə-tərəvəz bazarı bağlanaraq yeni inşa edilən "Yaşıl market"ə köçürüləcək.
Çox maraqlıdır ki, qanun və ədalət davası apardığını iddia edən sahibkar bu iddiasının nə qədər qanunsuz olduğunun fərqinə varmır. Belə ki, rayon ərazindəki bazarlar xüsusi mülkiyyətə aiddir və icra başçısı onları bağlaya bilməz. Görünür, sahibkar Vidadi İsgəndərov belə hüquqi məqamlardan xəbərsizdir. Ancaq ondan fərqli olaraq İsmayıllı rayon icra başçısı qanunlardan bilavasitə xüsusi mülkiyyətin toxunulmazlığından xəbərdar insandır. Buna görə də belə qanunsuz addım atmaz və bununla bağlı təbii ki, sahibkara heç bir vəd də verməyib. Ancaq indi sahibkar söz və mətbuat azadlığından istifadə edərək qaralama kampaniyası aparır və bununla özünün iddialarını həyata keçirməyə çalışır. Ancaq daha ciddi bir məsələni görməzdən gəlir ki, onun iddiasının həyata keçməsi onlarla kiçik sahibkarın konstitusion hüquqlarının pozulması hesabına başa gələr. Eyni zamanda hər iki bazarda işləyən yüzdən artıq insan dövlətdən narazı düşə bilər. Çünki, onların heç biri Vidadi İsgəndərovun inşa etdiyi "Yaşıl market”də fəaliyyət göstərmək istəmir. Birincisi V.İsgəndərovun hər kvadrat üçün təyin etdiyi 8 manat arenda qiyməti yerli camaatın yaşam durumu xaricindədir, ikincisi isə onun "Yaşıl market”i iddia etdiyi kimi əlverişlidirsə, niyə onun yanına gəlmirlər? Niyə onlarla sahibkar Vidadi İsgəndərovun iddia etdiyi , müasir tələblərə cavab verməyən və antisanitariyanın baş alıb getdiyi köhnə əşya və meyvə-tərəvəz bazarında fəaliyyət göstərməyə üstünlük verir. Əlbəttə, Vidadi İsgəndərov bunların fəqrini gözəl bilir. Ancaq əsassız məlumatlarla cəmiyyəti çaşdırmağa üstünlük verdiyi üçün həqiqətlərin üstünü qapamağa çalışır. Ancaq bu o qədər də asan deyil. Çünki, həqiqətin üstünü ört-basdır etmək mümkün deyil. Sahibkar boynuna almaq istəmir ki, onun obyekti ticarət üçün əlverişsiz yerdə olduğu üçün, sahibkarlar həmin "Yaşıl market”ə köçmək istəmir. Vidadi İsgəndərov isə bu həqiqəti "unudur” və icra başçısına təzyiq etməklə onu qanunsuz addım atmağa sövq edəcəyini güman edir. Görünür, sahibkar Vidadi İsgəndərov icra başçısını yaxşı tanımır. Tanısaydı, icra başçısınn belə qanunsuz addım atmayacağını anlayardı.
İsmayıllı rayon rəhbərliyinin fəaliyyətini yaxından izləyənlər bilir ki, icra başçısı fəaliyyətində qanunları və insanların maraqlarını əsas götür. Buna görə də Vidadi İsgəndərovun tələbini təmin edə bilməz. Ancaq sahibkar icra başçısına təzyiq etmək niyyətindən əl çəkmir və yalan məlumatlar yaymaqda davam edir. Yalana rəvac vermək isə, onu söyləmək qədər məsuliyyət yaradır. Bunu da bəzi həmkarlarımızın diqqətinə çatdırmaq üçün yazırıq. Xatırladaq ki, İsmayıllı xüsusilə həssas bölgədir. Yeri gəlmışkən deyək ki, ölkəmiz də çox həsas zaman içindədir və hər kəs məsuliyyətli olmaq məcburiyyətindədir.
Nicat İldırımtürk,
"Yeni Sözçü" qəzeti