Bu gün, 09:46
Bu gün, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
Qazaxıstan DİN fövqəladə vəziyyətlər komitəsinin başçısı Vladimir Bekkerin dediyinə görə bu yanğın böyük texnogen fəlakət deyil, çünki burada neftin yanması baş vermir, habelə ölüm halları qeydə alınmayıb.
Energetika nazirinin müavini Sabit Nurlıbay öz növbəsində bildirib ki, bu yatağa ən yaxın yaşayış məntəqəsi 70 kilometr aralıda yerləşir və ətraf mühitə nəzrəçarpacaq ziyan dəyməyib.
Xəbər verilir ki, martın 13-də Kalamkasda artıq bir fövqəladə vəziyyət yaranmışdı. Orada quyulardan birindən qaz və su qarışığının sızması baş vermişdi. Neftçilər qazın torpaq səthinə qeyri-ixtiyari çıxdığı yerləri "qrifon” adlandırırlar.
Sonradan martın 24-dək bu qrifonlardan bir çoxu ləğv edilmişdi. Lakin onlardan güclü təzyiq altında olan birində martın 25-də yanğın başlanıb.
Energetika nazirinin müavini Bolat Akçulakovun dediyinə görə yanğın başlananda bu quyu qazma altında idi. Lakin yanğını bugünədək söndürmək mümkün olmayıb. Bekker bildirib ki, yanğın yerinə Atıraudan əlavə texnika göndəriləcək.
Mangistau vilayəti təbiəti mühafizə prokurorluğunun baş prokuror əvəzi Malik Ospanov deyib ki, yanğınla əlaqədar cinayət işinə başlanıb, beləki şirkət rəhbərliyi qəza barədə məlumat verməyib. Prokuror deyib ki, o, hadisədən kütləvi informasiya vasitələrindən xəbər tutub. (azadliq.org)