"Azərbaycanda neft hasilatı sabit səviyyədə qalacaq" - OPEC

"Azərbaycanda neft hasilatı sabit səviyyədə qalacaq" - OPEC

 

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2019-cu ildə Azərbaycanda orta qündəlik neft hasilatının sabit 0,8 mln. barel səviyyəsində olmasını proqnozlaşdıırır.

Sozcu.info xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında bildirilir.

Hesabata əsasən, 2018 və 2017 illərdə də gündəlik orta maye karbohidrogenlərin (neft və qaz kondensatı) hasilatı 0,8 mln. barel təşkil edib.

Qeyd edək ki, Azərbaycanda neft və qaz hasilatını böyük bir hissəsi "Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqlarının payına düşür.



Oxşar Xəbərlər

Xəbər lenti