8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu günə qədər "Azəri-Çıraq-Günəşli" (AÇQ) yatağından 485 milyon ton neft və 158 milyard kubmetr təbii qaz hasil edilib.
Bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən 26-cı Beynəlxalq "Xəzər Neft və Qaz” konfransında deyib.
Nazir qeyd edib ki, AÇQ yatağında bu günə qədər yatırılan investisiyaların həcmi 36 milyard dollar təşkil edir.
P.Şahbazov, həmçinin vurğulayıb ki, son 23 ildə ölkə iqtisadiyyatına təxminən 263 milyard dollar investisiya qoyulub ki, bunun da 100,6 milyardı neft sektorunun payına düşür./Trend/