7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Azərbaycan 1992-ci ildən üzvü olduğu Dünya Bankı qrupunun üzvü - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD) kapitalının artımına 61 milyon ABŞ dollarına yaxın vəsait sərf edəcək.
Bu, hesablamalar nəticəsində məlum olub.
Xatırladaq ki, Azərbaycan sözügedən maliyyə qurumunda 0,13% paya malikdir və 2 371 səhm əldə edib. Bu səhmlər ölkəmizə 286 milyon ABŞ dollarına başa gəlib. Başqa sözlə, 1 səhmin nominal dəyəri təxminən 120 625 ABŞ dollarıdır. İndi isə hökumət öz payına uyğun olaraq daha 505 yeni səhm əldə etməyə hazırlaşır. Bunun isə dəyəri 60,915 milyon ABŞ dollarıdır. /"Report"