İran neft məhsulları ixracından böyük pullar qazanıb

İran ABŞ sanksiyalarına baxmayaraq, neft məhsullarının ixracatında yüksək rəqəmlərə nail olub.
Sozcu.info xəbər verir ki, bu barədə ölkənin neft naziri Bijan Namdar Zəngənə məlumat verib.
“Düşmənlər neft ixracatımızı sıfırlamaq istəsə də, həmkarlarımızın fədakarlığı sayəsində sanksiya dövründə neft məhsulları ixracatında rekord nəticə əldə edə bildik”, - nazir deyib.
O, son vaxtlar bilavasitə neft ixracatının da xeyli artdığını diqqətə çatdırıb.
Bundan əvvəl prezident Həsən Ruhani də son illər ümumi ixracatlarının xeyli azalması müqabilində 2021-ci ildə gündəlik neft ixracatını 2,3 milyon bareldən xeyli yüksək səviyyəyə qaldırmağı hədəflədiklərini bildirib.


Oxşar Xəbərlər

Xəbər lenti