8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Bloomberg Billionaires”-in məlumatına görə, bu günlərdə polad maqnatı Aleksey Mordaşovun sırası çatıb. Siyahı gerçək zaman rejimində yenilənir. Mordaşov birinci yerdə cəmi bir gün qalıb, sonra başqa bir milyarder onu geridə qoyub.
7.Vladimir Lisin silah sənayesindən gileylidir
Lisin 60 yaşı ərzində yüksəlib böyük pullar qazana bilib. O, kömür şaxtasında mexaniklikdən başlayıb, Sibirdə poladəritmə müəssisəsində işləyib. 1991-ci ildə SSRİ dağıldıqdan sonra isə rəisinin metallurgiya naziri təyin edildiyi Moskvaya yollanıb. Lisin paytaxtda Rusiya poladı və alüminium ixracatı bazarında üstün mövqe tutan "Trans-World Group” şirkətində işə düzəlib. 2000-ci ildə indi ölkədə ən böyük sayılan Novolipetsk metallurgiya kombinatı səhmlərinin nəzarət paketini alıb.
Lisin həmçinin dəmiryol "First Cargo”-ya məxsus "Cargo Logistics Holding” şirkətini idarə edir. Moskva yaxınlığındakı Avropada ən böyük komplekslərdən biri olan "Tülkü yuvası” atıcılıq kompleksinin inşasını maliyyələşdirib. O bu il Davos beynəlxalq iqtisadi forumunda mülki hədəflər üçün pis silahlar buraxan Rusiya silah istehsalçılarından gileylənib. "Forbes”-in məlumatına görə, o deyib: "Üzr istəyirəm, amma bu məni təngə gətirib və mən öz istehsalımı işə salmışam. Hərbi sənayemiz hətta barıt və giliz istehsalı kimi primitiv işlərin də öhdəsindən gələ bilmir”.
Lisin Bloomberg-in dnyanın ən zəngin adamalrı siyahısında 89-cu yerdədir. Onun sərvəti 11,5 milyard dollar təşkil edir. 2010-2011-ci illərdə Rusiyanın ən varl adamı sayılıb.
6.Əlişir Usmanov Nobel laureatının medalını alıb
Əlişir Usmanov 1953-cü ildə Özbəkistanda anadan olub. Karyerasının başlanğıcında polietilen zərflərin istehsalı ilə məşğul olub, həmçinin tütün alveri edib, lakin 1990-cı illərin sonunda "Qazprom” konsernində işləməyə başlayıb. "Qazprom” şirkətlərindən birində icraçı direktor vəzifəsini tutaraq öz imperiyasını qurmaq imkanı əldə edib.
Usmanov metallurgiya və dağ hasilat sənayesinə, sonralar isə dəmir filizinə yatırımlar qoyub. 2007-ci ildə Rusiyada böyüklüyünə görə ikinci mobul rabitə əməliyyatçısı "Meqafon”un səhmlərini almağa başlayıb. 2012-ci ilin aprelində şirkətin əsas səhmdarı olub və ona tam nəzarət əldə edib.
O, əvvəldən facebook-a yatırım qoymağa başlayıb, bu gün isə Airbnb, Spotify,Alibaba və "Arsenal” futbol komandasının səhmlərinə sahibdir. Rusiyada ən böyük şəxsi təyyarə – Airbus A340 – Usmanova məxsusdur.
Usmanov Beynəlxalq Qılıncoynatma Federasiyasının rəhbəridir.
Əlişir Usmanov 2014-cü ildə Nobel mükafatı laureatı Ceyms Uotsonun medalənı hərracda 4,1 milyon dollara alarkən hamının diqqətini cəlb etdi. O, medalı Uotsona qaytardı və tələb etdi ki, pul elmi araşdırmalara sərf edilsin. Uismanov təəssüflənirdi ki, Uotson medalı satmalı olub.
"The Guardian” onun sözlərini sitat gətirir: "Gözəl bir alimin onu xidmətlərinin etirafı kimi aldığı medalı satmağa məcbur olduğu durumu qeyri-məqbul hesab edirəm”.
Əlişir Usmanov 12 milyard dollarlıq sərvətlə dünyanın ən zəngin adamları sırasında 81-ci yeri tutur. O, üç il dalbadal – 2012-2014 – Rusiyanın ən varlı adamı sayılıb.
5.Mixail Fridman gecə klubunu idarə edib və xalça ticarəti ilə məşğul olub
Fridmanın doğma şəhəri – Lvovdur, musiqi isə onun tarixçəsinin ayrılmaz hissəsidir. O, klavişli alətlər qrupunda çıxış edib, həmçinin universitetdə oxuyarkən "Zemlyaniçnaya polyana” gecə klubunu idarə edib. Bundan başqa, Moskva teatrlarına biletlərin təkrar satışından da pis qazanmayıb.
Nəticədə ona ən böyük gəliri gətirmiş işlə məşğul olmazdan qabaq pəncərələri yumaq üzrə şirkətin sahibi idi, həmçnin xalça alveri edir və Sovet İttifaqının son illərində kompüter satırdı. Hazırda telekommunikasiya və pərakəndə ticarətə yatırım qoyan "Alfa Group”-un tərkib hissəsi olan "Alfa-bank”ı 1991-ci ildə açıb.
1997-ci ildə bu siyahının növbəti iştirakçısı ilə birlikdə əvvəllər dövlətin mülkiyyətində olmuş "TNK” neft şirkətini alıb. 2004-cü ildə şirkətin yarısını Britniyanın BP şirkəti alıb. "TNK-BP” Rusiyada ən böyük neft istehalçısı oldu, 2013-cü ildə tamamilə "Rosneft”in nəzarətinə keçdi. Mixail Fridman dünyanın ən varlı adamları siyahısında 73-cüdür. Bloomberg-in məlumatına görə, onun 12,7 milyard dollar pulu var. Danışırlar ki, Fridman sərvətinin böyük hissəsini xeyriyyəçiliyə buraxmaq niyyətindədir.
4.Viktor Vekselberq diktatorun villasını alıb
Riyaziyyat elmləri namizədi Viktor Vekselberq də Lvovda anadan olub. Sovet İttifaqı dağıldıqdan sonra Rusiya özəlləşmə dalğasına başçılıq etmiş "Renova” investisiya şirkətini 1990-cı ildə qurub. Vekselberq "TNK”-ya investisiya qoymuş Fridmanla birlikdə Alfa Group-un sahibi olub. 2007-ci ildə dünyada ən böyük alüminium istehsalçısı "RUSAL” birləşmiş şirkətinin 16%-i alıb. Lakin bir ildən sonra idarə heyətində mübahisələr başlanıb və Vekselberq 2012-ci ildəı sədr vəzifəsindən gedib.
Veksleberq Forbs ailəsindən dünyanın ən zəngin Faberje yumutralarıkolleksiyasını alıb. Həmçinin Benito Mussolininin yaşadığı Feltrinelli villası da ona məxsusdur.
Vekselberq 14,1 milyard dollar qazanıb və dünyanın ən varlı adamları siyahısında 63-cü yeri tutur.
3.Leonid Mixelson incəsənət sərgilərini maliyyələşdirir
Dağıstan respublikasında Xəzər dənizinin lap sahilindəki Kaspiysk şəhəri Rusiyanın ən varlı adamlarından birinin doğma şəhəridir. Leonid Mixelson varlılar siyahısına bir neçə dəfə başçılıq edib, amma indi üçüncü yerdədir.
Mixelson Tümen vilayətinnə qaz kəməriləri çəkən inşaat idarəsində haçansa briqadir idi. 1985-ci ildə qaz şirkətinin baş mühəndisi oldu, 1990-cı ildə isə onu özəlləşdirdilər. Mixelson sonralar yeni neft-qaz yataqları axtardığı "Новафининвест” investisiya şirkətini işə saldı. "Новафининвест” indi adını "Новатэк” qoyub və Rusiyada ən böyük təbii qaz istehsalçısıdır.
Mixelson həmçinin Şərqi Avropada ən böyük neft-kimya məhsulları istehsalçısı oan "Sibur” şirkətinin əsas səhmdarlarından biridir.
Mixelson biznesdən savayı incəsənətlə ciddi maraqlanır və Rusiya muzeylərində sərgiləri maliyyələşdirir.
Bloomberg-in məlumatına görə, Mixelson planetin ən imkanlı adamları siyahısında 55-cidir, onun sərvəti 14,9 milyard dollara çatır.
2.Aleksey Mordaşov almanca həvəslə danışır
Altı övlad atası Aleksey Mordaşov Moskvadan şimaldakı Çerepovetsdə anadan olub və orada böyüyüb. O, metallurq oğlu idi və karyerasına Çerepovets metallurgiya kombinatında iqtisadçı kimi başlayıb. 1992-ci ildə müəssisənin maliyyə direktoru olub.
Prezident Boris Yeltsin 1993-cü ildə kombinatı səhmdar cəmiyyətə çevirdi və adını dəyişib "Северсталь” qoydu. Mordaşov üç ildən sonra bu gün dünyanın ən böyük şirkətləri sırasına daxil olan müəssisənin baş direktoru vəzifəsini tutdu. O həm də səmhlərin nəzarət zərfini, o cümlədən kombinat əməkdaşlarının səhmlərini aldı. Mordaşov "Северсталь”da böyük paydan başqa TUİ turist şirkəti, "Силовые машины” energetika-maşınqayırma şirkəti və Tele2-Russia rabitə xidməti əməliyyatçısının səhmlərinə sahibdir.
Bloomberg noyabrın 1-də məlumat verib ki, Mordaşov Vladimir Potanini arxada qoyub və Rusiyanın ən varlı adamı olub. Rusiyanın RT xəbər agentliyi rəqəmləri araşdırıb və aydınlaşdırıb ki, polad maqnatı oktyabrda 126 milyon dollar qazanıb. "Северсталь” səhmlərinin birjada dəyəri son bir ildə 18% artıb. Lakin Potanin cəmi bir gün sonra Mordaşovu taxtından aşırdıb. Lakin onların sərvəti, təxminən, bərabərdir, buna görə də istisna olunmur ki, tərəddüd hələ də davam edəcək.
Bloomberg-in məlumatına görə, Mordaşov ingilis və alman dillərində səlis danışır, lakin ikinciyə üstünlük verir. Hər şeyə əsasən, dağ xizəyini sevir və bütün dünya üzrə dağ-xizək yamaclarını tez-tez yoluxur.
Mordaşovun sərvəti 15,3 milyard dollardır və sözgedən siyahida 53-cü yeri tutur.
1.Vladimir Potanin keçmiş arvadı ilə məhkəmədə çəkişir
O, prezidentin adaşıdır, amma gəlirləri aşkarca xeyli çoxdur. Potanin Moskvada diplomat və həkim ailəsində anadan olub. O, karyerasına sovet xarici ticarət nazirliyində başayıb, sonra isə Mixail Proxorovla birlikdə "Beynəlxalq maliyyə şirkəti” və o dövrdə Rusuiyada ən böyük özəl bank olan "ОНЭКСИМ Банк”-ı yaradıb.
1996-cı ildə Yeltsin təkrar seçildikdən sonra iqtisadiyyat və energetika məsələlərinə sorumlu olan nazir təyin edilib. Onu tez-tez Sovet İttifaqı dağılandan sonra dövlət müəssisələrinin özəlləşdirilməsi prosesinin arxasında duran adam kimi yada salırlar.
Potanin sonralar siyasətdən aralanaraq "ОНЭКСИМ”-ə qayıdıb. O, Proxorovla birgə dünyada ən böyük nikel istehsalçısı olan "Норильский никель” daxil olmaqla əvvəllər dövlətə məxsus olmuş bir neçə müəssisəyə çıxış əldə edib. "ОНЭКСИМ” 1997-ci ilin avqustunda onun səhmlərinin 30%-i alıb. Potanin bu gün "Норильский никель”-in baş direktoru vəzifəsində çalışır. Onun Mixail Proxorovla tərəfdaşlıq münasibətləri korlanıb – xüsusən də Proxorov Fransanın dağ-xizək kurortunda fahişəlik şəbəkəsi təşkil etmək ittihamı üzrə həbs olunandan sonra.
Potanin həmçinin arvadı Yekaterina ilə ağır boşanma prosesi yaşayıb: qadın 30 illik nikahdan sonra ona təklif edilmiş 140 milyon dolları yetərsiz sayıb və Potaninin bütün gəlirlərinin yarısını əldə etməyə can atmaqla ərini məhkəməyə verib. Moskva məhkəməsi onun iddiasını təmin etməyib və o, hökmdən şikayətə hazırlaşır.
Potanin Bill Geyts və Uorren Baffetin "Hədiyyə etmək andı” qrupunun üzvüdür. Qrup iştirakçıları öz sərvətlərinin yarıdan çoxunu xeyriyyəçiliyə verməyi vəd edirlər.
Bloomberg-in məlumatına görə, Potaninin 15,4 milyard dolları var – bu isə ümumdünya siyahısında 52-ci yer deməkdir. Hər halda, indiki anda.
Erik Nilson
Svenska Dagbladet (İsveç),