İran 130 mlrd. dolar dəyərində neft sazişləri imzalamaq niyyətindədir

İran 130 mlrd. dolar dəyərində neft sazişləri imzalamaq niyyətindədir

 

İran beynəlxalq neft şirkətləri ilə  130 mlrd. dollar dəyərində 11 saziş imzalamaq niyyətindədir. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın neft nazirinin müavini Əmir Zamani Niyyə bildirib.  
 
Onun sözlərinə görə, İran hazırda Fransanın "Total” neft şirkəti ilə  "Cənubi Fars” yatağı üzrə "17-ci Faza” layihəsinin reallaşdırılmasına dair yekun sazişin imzalanmasına dair danışıqlar aparır.  Bu sazişin dəyəri 4,7 mlrd. dollar təşkil edir.
 
"Bundan başqa, İran Britaniyanın  "Shell” və "British Petroleum”, habelə, Rusiya və Çin neft şirkətləri ilə danışıqlar aparır. Tehran bu layihələrə böyük önəm verir”, - deyə nazir müavini əlavə edib.   


Oxşar Xəbərlər

Xəbər lenti