8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Manat yığım vasitəsi funksiyasını bərpa etməyə başlayıb.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, bunu bankın sədri Elman Rüstəmovİdarə Heyətinin 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclasında deyib.
E.Rüstəmov bildirib ki, yeni qlobal iqtisadi reallıqlara uyğun olaraq son illərdə həyata keçirilən davamlı stabilləşdirmə tədbirləri nəticəsində ölkədə makroiqtisadi sabitlik və dayanıqlığın əsasları yaradılmışdır. Tədiyə balansı tarazlaşmış, valyuta ehtiyatlarına təzyiq azalmış, milli valyutanın xarici dəyəri sabitləşmiş və inflyasiya gözləntiləri nisbətən səngimişdir. Bu müsbət nəticələr dərin makroiqtisadi manevr və çevik koordinasiya olunmuş makroiqtisadi siyasət çərçivəsinin tətbiqi sayəsində mümkün olmuşdur.
E.Rüstəmov qeyd etdi ki, Prezident İlham Əliyev ölkədə makroiqtisadi vəziyyətin sabitləşdiyini, inflyasiyanın səviyyəsinin aşağı olmasını, eləcə də manatın məzənnəsinin sabit olduğunu vurğulamış və ölkənin hərtərəfli inkişafı ilə bağlı bir sıra mühüm göstərişlər vermişdir. Bununla əlaqədar, Mərkəzi Bankın 2017-ci ilin yekunlarına həsr olunmuş toplantısının əsas məqsədinin həm ötən ilin yekunlarını qiymətləndirmək, həm də son müşavirədə cənab Prezidentin tapşırığından irəli gələn vəzifələri müəyyənləşdirmək olduğunu bildirdi. Vurğulandı ki, 2017-ci ildə Mərkəzi Bank yeni pul siyasəti rejimi çərçivəsində makroiqtisadi dayanıqlığa yönəldilmiş siyasət həyata keçirmiş, siyasət faiz dərəcəsi və pul təklifi mənbələri makroiqtisadi sabitlik və milli iqtisadiyyatın inkişafının təmin edilməsi hədəflərinə uyğun şəkildə tənzimlənmişdir.
2017-ci ildə makroiqtisadi sabitlik meyillərinin yaranması qeyri-neft sektorunda iqtisadi artımın bərpasına şərait yaratmışdır. Belə ki, ötən il qeyri-neft sektorunda ümumi daxili məhsul real olaraq 2.7% artmışdır. Xarici tələblə yanaşı daxili tələb iqtisadi artımda mühüm rol oynamış, dövlət büdcəsi xərcləri daxili tələbə təsir edən mühüm amillərdən biri olmuşdur.
2017-ci ildə inflyasiya gözləntiləri stabilləşmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə valyuta bazarının sabitləşməsi, hətta manatın məzənnəsinin möhkəmləndiyi şəraitdə inzibati qiymətlərin və dünya ərzaq qiymətlərinin artması, bir sıra əmtəə qrupları üzrə tələb-təklif nisbətinin dəyişimi inflyasiyanın səviyyəsinə təsir edən başlıca amillər olmuşdur.
2017-ci ildə monetar şərait əsasən fiskal sektorun və bank sisteminin likvidliyə olan ehtiyaclarının təsiri altında formalaşmışdır. Pul siyasəti alətləri inflyasiya və pul təklifi üzrə hədəflər, eləcə də pul siyasətinin transmissiyası xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilmişdir. 2017-ci ilə pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 8.7% artmışdır ki, bu da qeyri-neft sektoru üzrə iqtisadi artım tempini əhəmiyyətli üstələyir. İl ərzində iqtisadiyyatda ödənişlərin vaxtlı-vaxtında həyata keçirilməsi üçün daim kifayət qədər pul olmuşdur. Dəyər ölçüsü və ödəniş vasitəsi funksiyası ilə yanaşı, hesabat ilində manat müəyyən qədər yığım vasitəsi funksiyasını da bərpa etməyə başlamışdır.