Kənd Təsərrüfatı Nazirliyi yeni mövsümdə yığılan pambığın həcmini açıqlayıb

 

Azərbaycanda yeni mövsümdə sahələrdən 193 892 ton pambıq yığılıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Noyabrın 3-nə olan məlumata görə, sahələrdə orta məhsuldarlıq 14,6 sentner təşkil edir. Yığılan pambığın 108 641 tonu "MKT İstehsalat Kommersiya” MMC-nin, 43 880 tonu "Azərpambıq ASK” MMC-nin, 25 936 tonu "P-Agro” MMC-nin, 9 960 tonu "Aqro-Az MMC” və "Goran Cotton” MMC-nin, 5 474 tonu isə fərdi əkinlərin payına düşür.

Bu günədək ən çox pambıq Saatlı (25 857 ton), Bərdə (20 472 ton) və Ağcabədi (20 227 ton) rayonlarında yığılıb. Ümumilikdə 2018-ci ildə Azərbaycanın 22 bölgəsində pambıq əkilib. Ən yüksək məhsuldarlıq Samux (21,77 ha/s), Bərdə (21,26 ha/s), Tərtər (20,59 ha/s) və Ağcabədi (20,34 ha/s) rayonlarında qeydə alınıb. Noyabrın 3-də gündəlik yığım həcminə görə Bərdə rayonu lider olub – 351 ton. Sonrakı yerləri Beyləqan (349 ton), Saatlı (336 ton), Biləsuvar (335 ton) Ağcabədi (303 ton) rayonları tutur.

Qeyd edək ki, bu il 132 min hektardan artıq ərazidə pambıq əkilib. 2018-ci ildə sahələrdən təxminən ümumilikdə 260 min ton pambıq yığılacağı proqnozlaşdırılır.



Oxşar Xəbərlər

Xəbər lenti