Baş nazir 5 gənc alimə 200 min manat ayırdı - Avropada tədqiqat aparacaqlar

 

Baş nazir Novruz Məmmədov "Azərbaycan Milli Elmlər Akademiyasına gənc alimlərin elmi tədqiqatlarını tamamlamaq üçün Avropanın nüfuzlu elmi-tədqiqat müəssisələrinə göndərilməsi məqsədi ilə vəsait ayrılması barədə” sərəncam imzalayıb. 


Sozcu.info  məlumatına görə, sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışan 5 nəfər gənc alimin elmi tədqiqatlarını tamamlamaq üçün Avropanın nüfuzlu elmi-tədqiqat müəssisələrinə göndərilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan AMEA-ya 201 min 720 manat məbləğində vəsait ayrılıb. 

Maliyyə Nazirliyinə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etmək tapşırılıb. 

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Oxşar Xəbərlər

Xəbər lenti