AMEA-nın 4 qurumu ləğv edildi

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 4 qurumu ləğv edilib

Nazirlər Kabinetinin Azərbaycan Milli Elmlər Akademiyasının bəzi məsələləri haqqında qərarına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi, "Selen" Elmi İstehsalat Birliyi, Reagentlərin İşlənməsi və Xalq Təsərrüfatı üzrə İstehsalat Təcrübəli Xüsusi Konstruktor Texnoloji Bürosu və Mineral Xammalın Kompleks Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosu ləğv edilib.

AMEA bu qərardan irəli gələn məsələləri həll edəcək.

Bu qərar imzalandığı gündən (15 dekabr) qüvvəyə minir.



Oxşar Xəbərlər

Xəbər lenti