Borçalının qubernatoru özünə azərbaycanlı müavinin təyin olunmasını ləngidir

 

Gürcüstanın Kvemo Kartli (Borçalı) bölgəsinin qubernatoru Şota Rexviaşvili özünə azərbaycanlı müavinin təyin olunması məsələsində tələsmir.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qubernator jurnalistlərə açıqlamasında bildirib.

Jurnalistlərin "Azərbaycanlı müavininizi nə zaman təyin edəcəksiniz” sualına Ş.Rexviaşvili "Vaxt gələcək və sualınıza konkret cavab veriləcək” deyə cavab verib.

Qeyd edək ki, Kvemo Kartli bölgəsinin qubernatorunun biri azərbaycanlı olmaqla üç müavini olur. Keçmiş müavin Zaur Darğallı bu ilin mayında Marneuli Rayon İcra Hakimiyyətinin başçısı seçilib. Həmin vaxtdan bölgə qubernatorunun azərbaycanlı müavininin postu vakant qalıb.




Oxşar Xəbərlər

Xəbər lenti