8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəçli" (AÇG) yataqlar blokunun işlənilməsi sazişinin şərtlərinə uyğun olaraq, indiyədək yataqlar blokundan təxminən 45 mlrd. kubmetr səmt qazı təmənnasız olaraq dövlətə təhvil verilib.
"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda çıxış edən BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
"AÇG yatağından dövlətin əldə etdiyi birbaşa gəliri 140 mlrd. dollardan artıqdır", - deyə B. Aslanbəyli qeyd edib.
O həmçinin bildirib ki, "Şahdəniz" qaz-kondensat yatağından indiyədək 112 mlrd. kubmetr qaz hasil edilib.
Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, "Chevron" – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.