Gürcüstanda son sutkada 742 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 742 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 255 564, ölənlərin sayı isə 3 108 nəfərə çatıb.

Virusa yoluxanlardan 245 527 nəfərin sağaldığı bildirilir.


Oxşar Xəbərlər

Xəbər lenti