Gürcüstan ordusunun komandanı:“Əsas vəzifə NATO standartlarına uyğunlaşmaqdır”

Gürcüstan ordusunun komandanı:“Əsas vəzifə NATO standartlarına uyğunlaşmaqdır”

 

”Gürcüstan Silahlı Qüvvələrinin əsas vəzifəsi NATO standartlarına maksimum uyğun olmalıdır”.

Bu sözləri Gürcüstan Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi, briqada generalı Vladimir Çaçibaya deyib. O, regionda mövcud  olan təhlükələrə adekvat şəkildə silahlı qüvvələr yaradacaqlarını söyləyib: "Gələn ildən biz strateji müdafiə icmalı tətbiq edərək silahlı qüvvələrdə yenidən təşkilatlanma işinə başlayacağıq”.

V. Çaçibaya bildirib ki, orduda kadr dəyişiklikləri ilə bağlı məlumat gələcəkdə açıqlanacaq.

Qeyd edək ki, V. Çaçibaya 1971-ci il təvəllüdlüdür.  (APA)



Oxşar Xəbərlər

Xəbər lenti